Ermənistan son iki ildə yürütdüyü siyasətlə münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyişin olmamasına çalışır. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Milli Diplomatiya Günü” münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Ermənistan münaqişənin həllində hər hansı irəliləyişləri əngəlləyərək siyasi təxribatlara yol verir.