ABŞ dövlət katibi Con Kerrinın Moskva səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları da müzakirə ediləcək.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Dövlət Departamentinin sözçüsü Con Kerri mətbuat üçün açıqlamasında bildirib. Onun sözlərinə görə, iyulun 14-də Moskvaya səfər edəcək dövlət katibi Rusiyanın bir sıra yüksək çinli məmurları ilə görüşlər keçirəcək. Bu görüşlərdə, həmçinin, Suriyadakı vəziyyət və Ukrayna məsələsi də danışıqlar mövzusu olacaq.
Kerrinin Moskva səfəri 14-15 iyul tarixlərində reallaşacaq.