Britaniya baş naziri Devid Kemeron tutduğu postu tərk edəcəyi günü açıqlayıb.
Baki-xeber.com-un "Reuters”-ə istinadən xəbərinə görə, Kameron deyib ki, iyulun 13-də gediş ərizəsini Bukinhem sarayına təqdim edəcək. Onun sözlərinə görə, həftənin çərşənbə günü axşam Birləşmiş Krallığın yeni baş naziri öz postuna əyləşəcək. Bu, hazırda Britaniyanın XİN başçısı Tereza Meydir.
"The Guardian”-ın xəbərinə görə, Kameron Meyi güclü siyasətçi adlandırıb və onun bu vəzifənin öhdəsindən gələcəyinə əminliyini bildirib.
Lakin hazırda ölkədə maraq doğuran məsələ yeni baş nazirin Kameronun xələfi olmaqla razılaşacağı, yoxsa yeni kabinetin formalaşması və özünün liderliyinin təsdiqi üçün partiya daxilində yeni seçki keçirəcəyidir. Qəzet onu da xatırladır ki, 2007-ci ildə Mey İctimai Palatanın lideri olarkən analoji formada Toni Blerdən baş nazir postunu qəbul etmiş Qordon Braunu sərt tənqidə məruz qoymuşdu.