"Ukrayna prezidenti ilə iyulun 14-də Azərbaycana səfərimiz gözlənilir". Bunu APA-ya açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası İşçi qrupunun rəhbəri Maksim Kuryaçie deyib.
O, P. Poroşenkonu iki günlük səfərdə hökumət üzvləri və iş adamlarından ibarət nümayəndə heyətinin müşayiət edəcəyini, səfər hazırlıqlarının tamamlanmaq üzrə olduğunu qedd edib.
Qeyd edək ki, səfər proqramına Taras Şevçenkonun Bakıdakı abidəsinin ziyarət olunması, ölkə başçılarının təklikdə və nümayəndə heyətləri ilə birlikdə görüşləri, iş adamlarının iştirakı ilə toplantılar və s. daxildir.
XXX
Ukrayna Prezidenti Petro Poroşenko iyulun 13-14-də Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə isə Trend Ukrayna Prezidentinin saytına istinadən məlumat verir.
P.Poroşenko səfər zamanı Ukrayna və Azərbaycan Prezidentləri Şurasının V iclasında iştirak etmək, həmçinin ölkənin ali rəhbərliyi ilə görüşlər keçirmək niyyətindədir.
Bundan başqa, səfərin proqramında iki ölkə arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına yönəlmiş bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılıb.