Dağlıq Qarabağ ətrafında danışıqların Azərbaycanın işğal altindakı rayonlarının qaytarılması istiqamətində getdiyini görən erməni qadınları, hər zaman olduğu kimi, yenə özlərini irəli veriblər.
Baki-xeber.com-un bu ölkənin mətbuatına istinadən xəbərinə görə, Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan, etnoqraf Qranuş Xaratyan və publisist Karine Danielyan bu mövzuda bəyanat da imzalayıb. Azərbaycanı etnik təmizləmədə (!!!) suçlayan erməni aktivistləri, üstəlik ölkəmizi, aprel müharibəsi də daxil olmaqla, bir sıra "hərbi cinayətlərdə” günahkar tutub. Ölkəsinin rəhbərliyini torpaqların qaytarılmasına aparan danışıqlardan imtina etməyə çağıran aktivistlər imzaladıqları sənədi Ermənistanın və separatçı qondarma rejimin başçıları ilə yanaşı, ATƏT-in Minsk Qrupuna, ABŞ, Rusiya və Fransa rəhbərliklərinə də göndəriblər.
Tarixə nəzər salınarsa, dar macalda erməni "məlik”lərinin köməyinə hər zaman qadınların gəlməsilə bağlı çoxsaylı faktlarla rastlaşmaq mümkündür və burada yeni bir şey yoxdur. Təəccüblü olan bu qadınların cəmiyyətdə tutduğu mövqe ilə atdıqları addımların tərs-mütənasib olmasıdır. Tərkibə diqqət edin: ombudsman, etnoqraf, publisist. Bu məfkurədə ombudsmanın qanunların alılıyını hörmət edəcəyi, etnoqrafın ölkəsinin tarixini (varsa təbii) doğru-düzgün təqdim edəcəyi, publisistin baş verənləri vicdanla işıqlandıracağı sizcə də şübhəli deyilmi? Axı 30 min erməninin yaşadığı Bakını etnik təmizləmədə hansı əsasla suçlamaq olar? Üstəlik bunu dilə gətirən monoton bir dövlətin vətəndaşıdırsa!
Yəqin ki, müraciəti göndərdikləri ünvanlarda bu sualı onlara verəcək vicdanlı biriləri tapılar, əks halda...