"Əl-Qaidə” terror təşkilatının bir neçə il öncə məhv edilmiş lideri bin Ladenin oğlu atasının ölümünə görə Amerikadan qisas alacağını bildirib.
Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, İnternetdə yayılan videomüraciətdə özünü Həmzə bin Laden kimi təqdim edən şəxs bəyan edir ki, "Əl-Qaidə” Amerikaya qarşı "müqəddəs savaşı” davam etdirəcək. "Düşünürsüzsə ki, Abbotabadda törətdiyiniz cinayət cəzasız qalacaq, səhv edirsiz”- deyə Həmzə bin Laden bildirir.
Xatırladaq ki, 1 nömrəli terrorçu Üsamə bin Laden 2011-ci ildə Pakistanın Abbotabod şəhərində Amerika xüsusi xidmətinin keçirdiyi əməliyyat nəticəsində məhv edilib, onun meyiti isə ciddi məxfilik şəraitində dənizə atılıb.
Onu da qeyd edək ki, bin Ladenin oğlunun harda gizləndiyi bəlli deyil