NATO-nun Varşava Sammiti çərçivsində Estoniya Baş naziri Taavi Rıyvas Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Baki-xeber.com-un Eadaily-ə istinadən xəbərinə görə, eston Baş nazir Ərdoğana deyib ki, ölkəsi mütləq transatlantik və beynəlxalq təhlükəsizliyə hədə olan İŞİD-ə qarşı mübarizəyə öz töhfəsini verəcək. O deyib ki, bu şər qüvvələrlə mübarizədə uğura yalnız birlik nəticəsində nail olmaq mümkündür.
Görüşdə miqrasiya probleminə də diqqət çəkilib. Rıyvas deyib ki, Avropa İttifaqının Türkiyə ilə qanunsuz miqrasiyaya qarşı imzaladığı razılaşma artıq öz bəhrəsini verir. Belə ki, sənədin imzalandığı aprel ayından Türkiyə qoyulan məqsədə nail olub və miqrant axını dayandırılıb. Onun fikrincə, Aİ sözügedən böhranın episentrində olan Türikyə, Livan, İordaniya kimi ölkələrə maliyyə dəstəyini artırmalıdır.
Rıyvas onu da deyib ki, Türkiyə NATO-nun önəmli partnyorudur və Estoniya onun Aİ üzvlüyünə səylərini dəstəkləyir. "Biz Türkiyə HHQ-nin Alyansın bizim Emari aviabazamızdakı havadan müdafiə sistemində fəaliyyətini gözləyirik. Eyni zamanda Türkiyədən turistləri də ölkəmizdə görmək istəyirik, çünki bizim əhalinin də istirahət üçün ilk yeri Türkiyəyə verdiyini bilirik .