Lider TV-nin əməkdaşı İlqar Qulusoy ürək tutmasından vəfat edib. Bu haqda jurnalistin iş yoldaşları sosial şəbəkədə məlumat paylaşıblar.
İlqar Qulusoyun həmkarları ilə birgə futbol oynayarkən qəfil ürək tutmasından dünyasını dəyişdiyi deyilir.
Qeyd edək ki, İ.Qulusoy 9 saat öncə feysbuk sosial şəbəkəsində paylaşım edən İlqar bəy bu günü gözəl gün adlandırıb və komandasının üzvlərini futbola dəvət edib: "Və nəhayət həftənin ən gözəl günü gəlib çatdı. Hər şənbə dəyişilməz ünvanda "Nəqşicahan” rəqib "Tərəqqi” ilə meydanda mübarizəyə çıxacaq”.
Təəssüf ki, bu onun son paylaşımı olub.
Allah rəhmət eləsin.
Baki-xeber.com