Rusiya Müdafiə Nazirliyi Suriya səmasında Rusiya HHQ-yə məxsus vertolyotun vurulması barədə açıqlama yayıb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, açıqlamada bildirilir ki, hadisə Palmira şəhərində baş verib. Belə ki, pilot-instruktorlar Rafaqat Habibulin və Yevgeni Dolqin komandanlıqdan Suriyanın Mi-25 vertolyotunu geridə buraxaraq Palmiranin şərqində hücuma keçən İŞİD terrorçularına atəş açmaq əmri alıblar. RF Müdafiə Nazirliyi bildirir ki, rusiyalı pilotların taktiki əməliyyatı nəticəsində terrorçuların hücumu dəf edilib. Lakin onlar döyüş tapşırığını yerinə yetirib geri dönərkən terrorçuların yerdən açdığı atəşlə vertolyot vurulub və Suriya ordusunun nəzarətində olan əraziyə düşüb.
Açıqlamada o da qeyd olunur ki, döyüş zamanı həlak olan pilotların adları ölümdən sonra yüksək dövlət mükafatına təqdim olunub.