Türkiyənin Antalya turizm bölgəsinə gələn ilk rus turist dəstəsi aeroportda gül-çiçək və ziyafət süfrəsilə qarşılanıb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, FV5859 "Moskva-Antalya” reysilə gələn təyyarə Türkiyəyə 189 turist gətirib. Kokteyl qonaqlığından sonra rusiyalı turistlər dincələcəkləri otellərə yola salınıb. Antalya valisinin müavini Mehmet Yavuz deyib ki, "Rossiya Airlines” aviakompaniyasına məxsus təyyarə çarter reysilə deyil, daha öncədən alınmış icazə əsasında turpaket çərçivəsində Antalyaya gəlib. Onun sözlərinə görə, çarter reyslərinə hələlik icazə alınmayıb.