PKK-lıların Türkiyənin Mardin əyalətində törətdiyi partlayış nəticəsində 2 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Daily Sabah” qəzeti xəbər verib.
Xəbərdə deyilir ki, həlak olanlardan biri hərbçi, digəri mülki vətəndaş olub. Partlayışın ardından Türk hərbçiləri ilə hücum edənlər arasında atışma çıxsa da terrorçular gözdən itə bilib.
Xatırladaq ki, bundan bir gün öncə Hakkari vilayətinin Şəmdinli şəhərində qarşıdurma zamanı Türk hərbçiləri 17 PKK-lını məhv edib.