ABŞ Müdafiə nazirliyi "İslam dövləti” terorçu təşkilatının uçan aparatları ilə mübarizə məqsədilə Konqresdən daha 20 milyon dollar maliyyə ayrılmasını istəyib.
Baki-xeber.com-un ria.ru saytına istinadən xəbərinə görə, bu barədə "Defense News” portalı xəbər yayıb.
Əldədüzəlmə partlayıcı qurğularla mübarizə agentliyinin nümayəndəsi Devid Smol bəyan edib ki, PUA-lar əsasən səmaya kəşfiyyat məqsədilə buraxılsa da, onların hansısa partlayıcı qurğu daşıması halları qətiyyən gözardı edilə bilməz. Onun sözlərinə görə, maliyyə yardımı belə qurğuların aşkarlanması və məhvi üçün yeni proqramların işlənib hazırlanmasından ötrü lazımdır. Sol onu da deyib ki, 2015-ci maliyyə ilində terrorla mübarizə məqsədilə Overseas Contingency Operations (OCO) fonduna artıq 189 milyon dollar ayrılıb.
Qeyd edək ki, OCO ABŞ Müdafiə nazirliyinin nəzdində fəaliyyət göstərir və hərbi büdcəyə əlavələr hesabına maliyyələşir.