Varşavada Polşa Respublikasının Baş naziri xanım Beata Şidlo tərəfindən NATO Sammiti iştirakçılarının şərəfinə nahar verilib.
Baki-xeber.com-un Prezidentin rəsmi İnternet səhifəsinə istinadən xəbərinə görə, Baş nazir xanım Beata Şidlo naharda iştirak edən qonaqları qarşılayıb. Sonra birgə foto çəkdirilib. Naharda Azərbaycan Prezidenti İlham Əliyev, digər dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və NATO-nun rəsmiləri iştirak edib.