Dağıstanın Qarabudaqkənd rayonunda aparılan antiterror əməliyyatı nəticəsində daha iki nəfər silahlı tutulub.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, onlarla birlikdə xeyli silah-sursat ələ keçirilib. Bu barədə agentliyə hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib. O eyni zamanda bildirib ki, hazırda xüsusi əməliyyat aktiv şəkildə davam edir.
Xatırladaq ki, daha öncə sözügedən rayonda 8 terrorçu məhv edilib ki, onlar arasında "mahaçqala qruplaşması”nın başçısı da vardı.