Dağlıq Qarabağ münaqişəsi Varşavada NATO sammiti zamanı müzakirə olunacaq.
"Trend”-in məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "twitter” səhifəsində yazıb. Həmsədr bildirib: "NATO sammiti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları davam etdirmək üçün yaxşı imkandır”.
Qeyd edək ki, NATO sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.