Xəbər verdiyimiz kim, dünən Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə onunla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.
Baki-xeber.com-un Kremlin rəsmi saytına istinadən xəbərinə görə, RF prezidenti iyunun 20-də Sankt-Peterburqda Rusiyanın vasitəçiliyilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarisyan arasında baş tutan üçtərəfli görüşün detalları barədə ATƏT MQ-nin həmsədri olaraq Obamanı məlumatlandırıb. Obamanın Rusiyanın münaqişənin həllindəki səylərinə yüksək qiymət verdiyi qeyd olunan xəbərdə o da bildirilir ki, bu istiqamətdə Minsk Qrupu çərçivəsində birgə işin daha da aktivlədirilməsi barədə razılığa gəlinib.