Kiyevdə Odessa qubernatoru Mixail Saakaşvilinin zirehli "Toyota Land Cruiser”i qaçırılıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə strana.ua saytı yazıb. Saytın məlumatına görə, 6 milyon qrivna dəyərində olan avtomobil kriminal aləmdə yaxşı tanınan Serqo Qlontinin tərəfdarları tərəfindən qaçırılıb. Onlar maşını "girov” saxladıqlarını, yalnız ölkə rəhbərliyi avtoritetin Macarıstandan ekstradisiya olunması fikrindən daşınacağı və o sərbəst buraxılacağı təqdirdə onu qaytaracaqlarını bildiriblər. Qeyd edək ki, Macarıstan hökuməti Qlontini dələduzluqda ittiham edir və onun bu ölkənin vətəndaşlığını alması zamanı qanunsuzluqlara yol verildiyi fikrindədir.
Sayt onu da yazır ki, adətən Saakaşvili kütləvi tədbirlərə bahalı olmayan avtomobildə gedir.