Dağıstanın Qarabudaqkənd rayonunda antiterror rejimi (KTO) elan olunub.
Baki-xeber.com bu barədə ria.ru-ya istinadən xəbər verir. Xəbərə görə, ərazidə silahlıların və onların tərəfdarlarının axtarışlarına başlanıb. Bu barədə agentliyə yerli mənbələr xəbər verib.
Qeyd edək ki, KTO rejimi yerli sakinlər üçün bir sıra məhdudiyyətləri nəzərdə tutur. Bu rejimin aradan qaldırılması isə yalnız tərkibinə Rusiya FTB-nin və güc strukturları əməkdaşlarının da daxil olduğu əməliyyat qərargahının səlahiyyətlərinə aiddir.
Onu da bildirək ki, ötən ayın sonlarında Dağıstanda xüsusi xidmət orqanları tərəfindən bir neçə silahlı, o cümlədən gizli bandanın başçısı Həsən Abdullayev (Əbu-Yasir) məhv edilib.