ABŞ və Rusiya prezidentləri arasında telefon görüşməsi olub.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, iki ölkə prezidentləri arasında əsas müzakirə mövzularından birini Suriya məsələsində Amerika və Rusiya hərbi güclərinin fəaliyyətinin koordinasiyası təşkil edib. Kremlin açıqlamasına görə, telefon görüşməsi Putinin təşəbbüsü ilə gerçəkləşib.
Xəbərə görə, Putin Obamanı "mülayim müxalifətin "Cəbhət-ən-Nüsra” terrorçu qruplaşmasından uzaqlaşdırılmasına təsir göstərməyə” çağırıb. Bundan əlavə, Kremlin açıqlamasına görə, Putin və Obama BMT-nin himayəsi altında Suriya üzrə danışıqlar prosesinin yenilənməsinin vacibliyini vurğulayıb.