Yəməndə aeroport yaxınlığında ikiqat partlayış baş verib.
Baki-xeber.com-un "Associated Press2-ə istinadən xəbərinə görə, nəticədə azı 10 nəfər həlak olub. Yerli mənbələrin bildirdiyinə görə, əslində terrorçuların hədəfi Adendəki beynəlxalq aeroportun yaxınlığında yerləşən hərbi baza olub.
Xatırladaq ki, müqəddəs Ramazan bayramı ərəfəsində Səudiyyə Ərəbistanında 3 belə hadisə yaşanıb: Mədinədəki Peyğəmbər məscidində, Əl-Katif və Ciddə şəhərlərində.