Bazar günü günü, 10 may 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Tarix: 06.07.2016 / 01:34
Bölmə: Gündəm
Azərbaycan dövlətinin ən böyük dəyər verdiyi Azərbaycan insanıdır, vətəndaşlarımızdır. Dövlət vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi istiqamətində işlər görür, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, eləcə də siyasi fəallığın artırılması üçün maarifləndirici tədbirlər həyata keçirir. Azərbaycan o ölkələrdəndir ki, burada vətəndaşın hüquq və azadlığı lazımi səviyyədə qorunur.
Siyasi baxışından, dinindən, dilindən asılı olmayaraq, hər bir insan rahat və sərbəst yaşayır və fəaliyyət göstərir. Təbii ki, qanunu pozmadan yaşayan hər bir insan Azərbaycanda rahatlıq tapır.
Bilirik ki, ən böyük sərvətimiz ölkəmizin müstəqilliyidir. Azərbaycan Respublikası suverenliyə qovuşduqdan sonra vətəndaşlarımıza münasibətdə yeni yanaşma metodları formalaşdırıldı. Artıq Azərbaycan insanı müstəqil dövlətdə, söz, fikir azadlığının bərqərar olduğu ölkədə yaşadığının fərqində oldu. İnsanlar öz fikir və düşüncələrini azad şəkildə ifadə edir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" olduqca əhəmiyyətli bir sənəddir. Bu sənəd insanlarımızın hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiə olunduğunu göstərir. Bu sənədin qəbulu onu göstərir ki, bu məsələ Azərbaycanda dildə deyil, əməldə öz əksini tapır. Əksər ekspertlər bu sənədi yüksək qiymətləndirərək onu ideyanı reallığa çevirən sənəd adlandırır.
Bildiyimiz kimi, "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf strategiyasının qəbul edilməsi, eləcə də "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın mövcudluğu insanlara bütün tərəflərdən istiqamət verir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev bu barədə qeyd edib: "...Azərbaycanın müstəqilliyini, bütövlüyünü qoruyub saxlamış, ölkədə demokratik, hüquqi, dünyəvi dövlətin qurulub bərqərar olmasını təmin etmiş ümummilli liderimiz Heydər Əliyev insan hüquqlarını "insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyar, hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyət, insan hüquqlarına hörməti, insan hüquqlarının qorunmasını müasir dünyaya qovuşmağın əsas yolu" kimi qiymətləndirərək bəyan edirdi ki, "Azərbaycan dövləti... insan hüquqlarının qorunmasını özünün əsas vəzifəsi hesab edir və bu prinsiplə yaşayacaq, işləyəcək". İnsan hüquqlarının qorunmasının dövlətin vəzifəsi olması ideyası Azərbaycan Respublikasının Konstitusiyasında da ifadəsini tapıb. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Ona görə də insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinə həsr olunmuş Milli Fəaliyyət Proqramının həyata keçirilməsi ilə əlaqədar məhkəmə hakimiyyəti qarşısında da müəyyən vəzifələr durur. Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə təsdiq edilib.
İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması və cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi bilavasitə, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi isə müəyyən cəhətləri ilə məhkəmə hakimiyyəti ilə əlaqədardır. Milli Fəaliyyət Proqramının öyrənilməsi, onun ayrı-ayrı müddəalarının yerinə yetirilməsi ilə bağlı tədbirlərin müəyyənləşdirilməsi, gündəlik fəaliyyətdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə nail olunması, pozulmuş hüquqların bərpası, qanuna əsaslanan, obyektiv, qərəzsiz, ədalətli qərarlar qəbul edilməsi və hüquqi təbliğatda fəal iştirakla cəmiyyətdə hüquq mədəniyyətinin inkişafına yardım göstərmək məhkəmə orqanları qarşısında duran vəzifə kimi qiymətləndirilməlidir".
Qeyd edək ki, Azərbaycan Respublikasının sabiq Prezidenti, dövlətimizin qurucusu mərhum Heydər Əliyev çıxışlarından birində xalqa xitabən belə söyləyib: "Əmin ola bilərsiniz, - bunu sizə və sizin simanızda Azərbaycanın bu təbəqədən olan insanlarının hamısına deyirəm, - biz bundan sonra da birinci növbədə vətənin, torpağın müdafiəsində şikəst, əlil olmuş insanlara və onlara bərabər, fiziki cəhətdən çatışmazlığı olan insanların hamısına qayğını və diqqəti ilbəil artıracaq və bu, gələcəkdə proqramlarımızda daha görkəmli yer tutacaqdır. Ümidvaram ki, Azərbaycan dövlət və hökumət orqanlarının hamısı mənim bu çağırışımı layiqincə yerinə yetirəcəklər və biz əlillər, şikəst adamlar üçün, fiziki çatışmazlığı olan insanlar üçün - onların yaşaması, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq".
Qeyd edək ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev milli birliyə nail oldu. Ekspertlər vurğulayır ki, Azərbaycanda "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanın, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunması, Azərbaycanın ən müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulması, Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun formalaşdırılması, Azərbaycan Respublikasının Konstitusiyasına yeni dövrün tələblərindən irəli gələn mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Məlum olduğu kimi, Heydər Əliyevin yaradıcısı olduğu bu islahatlar yeni əsrin başlanğıcında Azərbaycanın demokratik dəyərlərə, insan hüquqlarına sadiq ölkə kimi bölgədəki nüfuzunu daha da artırıb, respublikamızın sivil Qərb dəyərlərinə sadiqliyini sübuta yetirib.
Məlumdur ki, dövlət başçısı İlham Əliyev Prezidentlik səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən bildirib ki, demokratik dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm şərti, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin başlıca təmini vasitəsidir. Bu yolla irəliləyən dövlətlərin mütləq əksəriyyətində ictimai-siyasi sabitliyin möhkəm təmələ söykənməsi, insanların iqtisadi azadlığı, yüksək maddi rifah halı, vətəndaş-cəmiyyət münasibətlərinin ahəngdarlığı, şəxsiyyətin mənafelərinin, hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması, qanunun aliliyi prinsiplərinə bütün səviyyələrdə əməl olunması demokratiyanın optimal idarəetmə üsulu kimi dominantlığını təmin edib. Onu da vurğulayaq ki, Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsinə dair imzaladığı Sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Ekspertlər qeyd edir ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması ali prinsip kimi qəbul olunur. Bu məsələ ilə bağlı ölkəmizin bütün beynəlxalq konvensiyalara qoşulması dediklərimizin təsdiqidir. Azərbaycanda insan hüquqları sahəsində yeganə problem Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal altına düşməsindən sonra yaranıb. İndi respublikamızda 1 milyondan çox insan qaçqın və köçkünlük həyatı yaşayır. Onu da vurğulayaq ki, erməni əsirliyində və girovluğunda işgəncə, təhqir və zorakılıqlara məruz qalan, azad ediləndən sonra mənəvi-psixoloji sarsıntılar yaşayan soydaşlarımız az deyil. İnsan haqlarına hörmətlə yanaşan müasir dünyada Ermənistan Azərbaycan vətəndaşlarını soyqırıma və etnik təmizləməyə məruz qoyub.
Onu da bildirək ki, 2008-ci il iyulun 31-də ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, bundan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması təqdirəlayiqdir. Xatırladaq ki, bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Yardım Şurasının da yaradılması vacib olan hər iki sektorun əlaqəli işləməsinə şərait yaratdı. Bütün bunlar cəmiyyətdə böyük əks-sədaya səbəb olub. Mətbuata bu qədər önəm vermək, ona qayğı göstərmək böyük işdir. Bu, Azərbaycan dövlətinin, ölkəmizin başçısının bizlərə qayğısının nəticəsidir. Bilirik ki, mətbuat, eləcə də QHT və hüquq müdafiə təşkilatları dövlətin həyata keçirdiyi siyasətə dəstək olmalıdır. Onlar dövlətin həyata keçirdiyi insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması işinə öz töhfəsini verməlidir. Verirlər də.
Ekspertlər qeyd edir ki, Azərbaycan insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürüb. Onlar vurğulayır ki, bu öhdəliyin yerinə yetirilməsinə nəzarət mexanizmləri çərçivəsində Azərbaycan Respublikası tərəfindən təqdim olunan insan hüquq və azadlıqlarının təmin edilməsinə dair dövri hesabatlar üzrə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər hökumətlərarası təşkilatların ixtisaslaşmış qurumlarının rəy və tövsiyələrinin həyata keçirilməsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icra edilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan bu gün azad seçkilərin keçirildiyi, insanların hüquq və azadlıqlarının müdafiə olunduğu, siyasi fəallığın, siyasi mədəniyyətin formalaşdığı bir ölkədir. Bəzi beynəlxalq qurumlar Azərbaycana müəyyən məsələlərdə irad bildirir, amma araşdırarkən görürsən ki, həmin qurumlara üzv olan digər ölkələrdə tükürpədici hadisələr baş verir, insanların hüquq və azadlıqları kobud şəkildə pozulur. Azərbaycanda isə heç bir cəhətdən insanların hüquqları pozulmur. Təbii, cinayət edən cəzasını almalıdır, cinayətkar cəzasız qalsa, böyük fəlakətlər törənər.
Azərbaycan cəmiyyətində insanların dövlətə bağlılığı, dövlət siyasətinə hər zaman dəstək olması göz önündədir. Dövlətlə cəmiyyət arasında bağlılıq güclüdür. Bu da vətəndaşlarda, insanlarımızda böyük ruh yüksəkliyi yaradır ki, onun hüquq və azadlıqları müdafiə olunur, onların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması naminə işlər görülür.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 10.05.2026 / 11:58
Qeyri-adi yetənəyi ilə məşhurlar siyahısına düşən soydaşımız -
Günay Həsənova
Tarix: 09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür
Tarix: 09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi -
“ABŞ-ı qınayın”…
Tarix: 09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı -
Ağ Ev şokda…
Tarix: 06.05.2026 / 14:30
Türk Dünyasında İnteqrasiya və Texnoloji dönüş:
Bakıda strategiya və qardaşlıq vurğusu
Tarix: 06.05.2026 / 08:39
Meloni “deepfake”i “təhlükəli silah” adlandırdı -
zarafatından da qalmadı
Tarix: 06.05.2026 / 08:29
Pentaqonun delfin-kamikadzeləri? -
Hegseth inkar etmədi…
Tarix: 06.05.2026 / 08:09
Moskva Qələbəni “İD məğlubiyyəti” ilə keçirəcək -
İnternetsiz…
Tarix: 06.05.2026 / 07:56
ABŞ müharibəyə “qaldığı yerdən” davam edəcək -
İranla danışıqlar uğursuz olarsa…
Tarix: 06.05.2026 / 07:41
İran BƏƏ-yə hücum iddialarını rədd edir -
"dağıdıcı və təəssüf doğuran cavab" gündəmdə…
Tarix: 05.05.2026 / 21:37
Arxiyepiskop tərəfdarları səsini Makrona çatdıra bilmədi -
Gümrüdə…
Tarix: 04.05.2026 / 17:22
Tenderlərin MMC-lər arasında şübhəli "ötür-ötürü" ölkəni bürüyüb -
Bakı İH nümunəsi...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ
Tarix: 07.05.2026 / 22:18
Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...
Tarix: 07.05.2026 / 17:18
Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...
SON XƏBƏRLƏR
10.05.2026 / 22:19
İrandan Britaniya və Fransaya Hörmüz xəbərdarlığı
– cavab verəcəyik...
10.05.2026 / 21:28
Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb
10.05.2026 / 20:45
Hantavirusun ilk qurbanı quşları tədqiq edən alim imiş…
10.05.2026 / 20:20
ABŞ indi də Kuba ilə “məşğul olmaq” niyyətindədir -
Tramp belə deyir…
10.05.2026 / 20:04
İspaniya hantavirus aşkarlanan gəmidən təxliyyələrə başladı
10.05.2026 / 19:34
Kreml Ermənistanın Zelenskinin antirusiya çıxışına qəsdən şərait yaratdığını iddia etdi
- izahat verməlidirlər...
10.05.2026 / 18:52
Tehran ABŞ-ın son təklifinə cavab verdi...
10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri
10.05.2026 / 18:25
Kiyevdən Putinə cavab gədi
- Zelenski görüşə hazırdır...
10.05.2026 / 18:02
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım etdi
- FOTO
10.05.2026 / 16:45
İran XİN: “AEBA-nın işi siyasi mesajlar yox, yoxlamadır”
10.05.2026 / 16:17
Paşinyandan tarixi Qarabağ etirafı
– “Orada məktəb, bağça, fabrik inşa etdikmi? Xeyr, çünki bizim deyildi”... VİDEO
10.05.2026 / 15:57
Heydər Əliyevin adı ilə bağlı Naxçıvan turu...
- VİDEO
10.05.2026 / 13:33
"Ucqar kənd məktəblərinin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir"
- Nazir
10.05.2026 / 13:20
"Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik"
- Prezident
10.05.2026 / 13:17
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı
10.05.2026 / 13:16
"Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq"
- Prezident İlham Əliyev
10.05.2026 / 13:12
Prezident: "Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq"
10.05.2026 / 13:09
"Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək"
- Prezident
10.05.2026 / 13:06
Prezident: "Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"
10.05.2026 / 13:04
"Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur"
- Prezident
10.05.2026 / 13:03
Prezident Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
- FOTO
10.05.2026 / 12:56
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı oldu
- FOTO
10.05.2026 / 12:33
Ceyhun Bayramov: "Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir"
10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar
- FOTO
10.05.2026 / 11:58
Qeyri-adi yetənəyi ilə məşhurlar siyahısına düşən soydaşımız -
Günay Həsənova
10.05.2026 / 11:50
"Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var"
- Ceyhun Bayramov
10.05.2026 / 11:36
Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub
- FOTO
10.05.2026 / 11:14
Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm"
10.05.2026 / 11:10
Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışdı
10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı
- əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...
10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...
10.05.2026 / 08:56
Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür
10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü
- Putindən Zelenskiyə sülh mesajı...
10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir
- VİDEO
10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib
10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb
- VİDEO
09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama
- ABŞ qoşunları İtaliyadan çıxarılır...
09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia...
ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...
09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək
09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi
- bu riskə getməyin...
09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb
- FOTO
09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"
09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir"
- Prezident
09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu
- FOTO
09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar
- FOTO
09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...
09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü
- FOTO/YENİLƏNDİ
09.05.2026 / 17:28
Zaqatalada silahlı insident
- restorandan çıxarkən qapıda güllələndi...
09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar
- FOTO
09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu
- FOTO
09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...
09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...
09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı
- 50 min avrodan çox...
09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...
09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər
09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb
- VİDEO
09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi
- FOTO/VİDEO
09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub
09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb
09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar
- FOTO
09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
- FOTO
09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır
09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi
09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı
09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür
09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı
09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi -
“ABŞ-ı qınayın”…
09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı -
Ağ Ev şokda…
08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı
– ŞOK GÖRÜNTÜLƏR...
08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...
08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...
08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi...
“Zelenski...”
08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı -
FOTO
08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir
– danışıqlar dalana dirənib...
08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...
08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...
Populyar xəbərlər
Tarix: 11.04.2026 / 14:27
Reuters: ABŞ İranın Qətərdə və bəzi xarici banklarda saxlanılan aktivlərinin azad edilməsinə razılıq verib
Tarix: 11.04.2026 / 10:02
Pentaqon: İrana qarşı əməliyyatda 390 amerikalı hərbçi yaralanıb
Tarix: 11.04.2026 / 08:57
Bloomberg: "Rusiya bayrağı altında üzən nəhəng tanker Hörmüz boğazından keçib"
Tarix: 02.05.2026 / 10:35
Şərəfli ömür yolu
Tarix: 11.04.2026 / 07:55
ABŞ və Livan İsraildən danışıqlara qədər “Hizbullah”a hücumları dayandırmasını istəyir
XƏBƏR ARXİVİ