Bazar günü günü, 01 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Sürünənlər"
Tarix: 06.07.2016 / 02:21
Bölmə: Gündəm
Bir qələm dostum cəmiyyətdəki bəzi səviyyəsizlikləri görür, duyur və tez-tez soruşur ki, niyə belədir? Mən də cavab verirəm, faktlar sadalayıram, amma görürəm ki, onu tam razı sala bilmirəm və doğrusu, heç mənə də tam aydın deyil ki, niyə belədir. Bəziləri də deyir ki, "sizə nə var belədir, siz dünya düzəldənsiniz? Palaza bürünün, elnən sürünün".
Bəri başdan deyirəm ki, bizlər "palaza bürünüb elnən sürünə" bilmirik. Bunu bacarsaydıq, əlimizə qələm götürməzdik. Qələm olan yerdə də nəyə isə bürünüb (palaza rəhmətə gedəni bürüyərlər) sürünmək olmur. Qələm sahibləri "sürünməyi" və "sürünənləri" sevmirlər. İlan deyilsən ki, sürünəsən! Adam kimi yaşaya bilmirsən? Bu qədər oxumuşuq, gəzmişik, görmüşük, mübarizələr aparmışıq, gecə-gündüzümüz olmayıb, daha doğrusu, rahat bir ömür sürməmişik, bəzən əsəblərimizlə oynayıblar, bəzən həyatımızı zəhərə döndəriblər, ailə-uşaq başçısı olmuşuq, özümüzə görə ad-san, hörmət qazanmışıq ki, "sürünək?"
"Sürünənlər" doğuluşdan "sürünən" kimi yaranıblar, onlar belə həyata öyrəniblər. "Sürünənləri" bu "şərəfdən" məhrum etsələr, yaşaya bilməzlər. Belələri gərək simasızlıq etsinlər, bir neçə sifətləri olsun, yaltaqlansınlar, qırmızı yalanlar söyləsinlər, saxtakarlıq etsinlər, səmimiyyətdən uzaq, boz, adamayovuşmaz olsunlar, qara fikirlərlə yaşasınlar, evlər yıxsınlar, əqrəb kimi sancsınlar, aləmi bir-birinə qatsınlar! Bu xüsusiyyətlərindən bircə dəqiqə əl çəksələr, havaları çatmaz, nəfəsləri kəsilər, boğularlar!
Xaricdə çox olmuşam, millətlər görmüşəm, onların filmlərini izləmişəm, yaşayış tərzləri ilə tanış olmuşam. Adama elə gəlir ki, həmin ölkələrdə hamı xoşbəxt yaşayır. Çünki azad görünürlər, üzləri gülür, elə bil, hamı bir-birinə mədəniyyət, nəzakət göstərmək yarışına girib. Dərdsiz, problemsiz millət və ya insan yoxdur. Lakin başqa millətlər imkan daxilində bunları gizlədirlər, büruzə vermirlər, dərdsiz-problemsiz görünməyə çalışırlar. Çünki səviyyə, mədəniyyət, nəzakət onlar üçün hər şeydən üstündür.
Bizim "sürünənlər"in isə belə xüsusiyyətləri olmadığı tez nəzərə çarpır. Hər şey onların sifətlərindən "oxunur". Əsəbilik, nədənsə narazılıq... "Haradan pul qazanım", "haradan çörək tapım", "kimi aldadım", "kimə kələk gəlim", "kimə yarınım", "filan vəzifəni necə ələ keçirim", "filankəsə necə qalib gəlim", "necə edim ki, məni də adam yerinə qoysunlar", "niyə filankəs yaxşı yaşayır, mən pis", "niyə filankəsin hər şeyi var, mənim yoxdur", "bəlkə bir partiya, bir cəmiyyət yaradım, deputatdan-zaddan olum" kimi suallar ürəklərini partladır, üzləri gülmür, daim dərd-fikir içində gəzir, ömür sürürlər... Yadıma "Fransız" filmindən bir fikir düşür: "Siz də millət olun, də!.."
Millət olmağın isə şərtləri çoxdur. Niyə iş yerlərində, evlərdə bayrağımız dalğalanmır? Niyə Himnimizi bilmirik və bir ağızdan oxumuruq? Niyə torpaqlarımız uğrunda yumruq kimi birləşmirik? Niyə demokratiya pərdəsi altında gündə bir partiya, cəmiyyət yaranır? Niyə insanlar bir-birinə laqeyddir? Adət-ənənələrimizi, musiqimizi, dilimizi niyə getdikcə unuduruq?
Millət həmişə böyükdür, həmişə yüksəkdir. Biz millətin "sürünənlərindən" danışırıq. Bəs, bu "sürünənlər" niyə getdikcə çoxalır? Dostumun soruşduğu kimi, niyə belə olur?
Pedaqoji Universitetin axırıncı kursunda oxuyurdum. İllər boyu teatrlara gedirdim, yubileylərdə iştirak edirdim, ədəbi-bədii yığıncaqlarda, tədbirlərdə olurdum. Bəzi tələbə yoldaşlarım isə heç zaman belə yerlərə getmirdilər. Bir gün onlardan soruşdum ki, "siz universiteti bitirəndən sonra rayonlara, şəhərlərə, kəndlərə "səpələnəcəksiniz". Şagirdlərinizə Mirzə Cəlildən, Sabirdən, Əbdürrəhim bəy Haqverdiyevdən... dərs keçəcəksiniz, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun dramaturgiyasından söhbət açacaqsınız. Necə olacaq? Axı siz teatrlara getmirsiniz, heç bilmirsiniz səhnə nədir, parter nədir, loja nədir, amfiteatr nədir, teatrda rejissor fəaliyyəti, rəssam, bəstəkar işi, aktyor zəhməti, dekorasiya nə deməkdir? Bəs siz şagirdlərinizə dramaturgiya haqqında nə deyəcəksiniz? Onlara nə öyrədəcəksiniz? Axı müəllimlərin borcu hərtərəfli, inkişaf etmiş vətəndaşlar yetişdirməkdir. Axı siz yazıçıları, mədəniyyət, incəsənət, elm xadimlərini, bəstəkarları, bir sözlə, yaradıcı insanları tanımalı və şagirdlərinizə də onları tanıtmağı bacarmalısınız..."
Tələbələrdən biri nə fikirləşdisə, xahiş etdi ki, növbəti tamaşaya baxmağa gedəndə onu da aparım. Birlikdə Şıxəli Qurbanovun "Sənsiz" pyesinin tamaşasına baxdıq. Tamaşanın ona göstərdiyi təsir uzun müddət yadından çıxmadı və sonralar gördüm ki, o, demək olar, hər axşam teatra gedir, özü də etiraf etdi ki, indiyədək teatrlara getməməklə çox şey itirib... Son zamanlar, eşitdiyimə görə, məktəblilərə teatr biletləri satmaq çətinləşib. Şagirdlər, müəllimlər teatrların yolunu belə tanımırlar. Niyə belə olub? Mən açıq deyirəm, teatrlardan öyrəndiklərimi heç bir müəllimdən, heç bir kitabdan, heç bir universitet təhsilindən öyrənməmişəm. Teatr bir məktəbdir, bir məbəddir, bir həyatdır! Həyatda nə qazanmışamsa, teatrlara, sənət adamlarına, yaradıcı insanlara borcluyam. Axı, deyirlər həyatın özü də bir səhnə, insanlar isə aktyorlardır. Biz hərəmiz bu səhnədə öz rolumuzu oynayırıq. Obrazların da yaxşısı, pisi olur. Baxır, kim hansı obrazı oynayır...
Hazırlıqsız müəllimlər isə gələcəyimiz olan şagirdlərə yaxşı heç nə öyrədə bilməz. Universitetdə oxuyanda belə müəllimlərlə də rastlaşmışıq. Bir elmlər doktoru professor var idi. Firudin bəy Köçərliyə "Firudin bəy Köçərlinski" deyirdi, qapı cəftəsinə "ciftə" deyirdi. Azərbaycan dilində bir çox sözləri düzgün ifadə edə bilmirdi. Bir gün dözə bilməyib, dərs zamanı tələbələrin qarşısında soruşdum ki, müəllim, sözləri niyə səhv ifadə edirsiniz? Sizin qarşınızda axı gələcəyin müəllimləri, yaradıcı insanları, dövlət adamları, siyasətçiləri... əyləşib. Nə desə yaxşıdır: "Sualını saxla tənəffüsə". Sonra da dedi ki, "çəkmədən yuxarı çıxma!". Soruşdum "müəllim, bu nə deməkdir?". O, başladı bir əhvalat danışmağa ki, bəs, böyük rəssam Mikelancelo bir əsgər rəsmi çəkir, özü də gizlənir rəsmin arxasında ki, görsün tamaşaçılar əsərə necə qiymət verirlər. Tamaşaçılardan biri rəsmə diqqətlə baxaraq deyir ki, çəkməsi əsgər çəkməsinə oxşayır. Sonra deyir ki, şalvarı oxşamır. Daha sonra pencəyinin, köynəyinin, nəhayət papağının əsgər geyiminə oxşamadığını söyləyir. Rəssam dözə bilməyib, rəsmin arxasından çıxır və deyir: "Bala, çəkmədən yuxarı çıxma!".
Yəni sənin başın ancaq çəkmədən çıxır... Bizim "professor" da mənə "çəkmədən yuxarı çıxmamağı", yəni "böyüyün üzünə ağ olmamağı" məsləhət görürdü. Yəqin özü "çəkmədən yuxarı çıxmadığı" üçün Azərbaycan dilini bilmədiyi halda professor ola bilib, tələbələrinin qarşısında dilimizi korlayır, daim səhv ifadələr işlədir. Belə müəllimlər az deyil. Nəticədə zərbə millətə dəyir...
Söylədiklərimizi heç kim müəllimin üzünə ağ olmaq kimi qiymətləndirməsin. Bizim üçün müəllim ən əziz insandır. Hamımızın müəllimlərimiz olub, biz onları ömrümüz boyu unutmuruq, hörmət və ehtiramla yad edirik. Ancaq xalqa savadlı, hərtərəfli, böyük mədəniyyətə malik müəllimlər lazımdır...
İndi "çəkmədən yuxarı çıxmamaq" ifadəsinə qayıdaq. Bu da "palaza bürünmək" və "sürünmək" kimi bir şeydir. Bu fikirdə də bir mütilik var. Yəni sən otur yerində! Mən ağzıma və ağlıma gələni danışım, sən döz! "Böyüyün üzünə ağ olan böyürə-böyürə qalar". Qorxu, üzgörənlik, yaltaqlıq təlqin edir bu fikir. "Mən qatığa qara deyirəm, sən də de ki, "qaradır". Nəbadə deyəsən, "qatıq ağdır"! Guya mən bilmirəm ki, qatıq ağdır? Deməli, "qaradır" demək lazımdır.
Ay camaat, buna dözmək olar? Amma qəribədir, qatığa "qara" deyənləri çox vaxt yüksələn görmüşük... Səmimiyyət olmayan yerdə qatıq nə rəngdə desən olar! Ayran da, süd də göy, qırmızı rəngdə ola bilər! Amma başqa millətlərdə bu mümkün deyil. "Niyə"sini özünüz fikirləşin... Tərəqqidən, inkişafdan danışanda belə məsələlər barədə də düşünmək lazımdır...
Nə olur-olsun, insanlar həmişə səmimiyyətə ehtiyac duyur. Amma bizim istəyimizdən asılı olmayaraq, çox vaxt qeyri-səmimi insanların əhatəsinə düşürük. Bununla əlaqədar bir əhvalat var: Bir yaşlı kişi Həcc ziyarətinə getmək istəyirmiş. Xeyli pulu varmış. Pulunu saxlamaq üçün verməyə etibarlı bir adam tapa bilmir. Qərara alır ki, məscidə gedib axunda versin. Axundla görüşüb, deyir:
- Axund ağa, mən Həcc ziyarətinə getmək istəyirəm. Bir az pulum var, onu sizə verim, saxlayın. Başıma bir iş gəlsə, fəqir-füqəraya paylayın. Sağ-salamat gəlsəm, özümə qaytarın.
Axund etibarlı adam olduğunu sübuta yetirmək üçün deyir:
- Mən pulu səndən məscidin işçilərinin şahidliyi ilə götürə bilərəm. Qoy sənin də ürəyin sakit olsun.
Axund məscidin bütün işçilərini - təxminən yüz nəfəri bir yerə yığıb, onların şahidliyi ilə əmanəti qəbul edir.
Kişi Həccə gedir, qayıdıb axundun yanına gəlir, ona verdiyi əmanəti istəyir. Axund dillənir:
- A kişi, mən heç səni görməmişəm və tanımıram. Nə əmanət, nə pul?
Kişi təəccüblə:
- Axund ağa, mən məscidin bütün dindarlarının şahidliyi ilə sizə pul verdim ki, saxlayasınız. Yəni yadınızdan çıxıb?
Axund:
- Onda qoy onları çağırım, soruşaq.
Camaat yığılır. Axund camaata üz tutub soruşur:
- A kişilər, bu adam gəlib mənə deyir ki, Həccə gedəndə sizin şahidliyinizlə mənə saxlamaq üçün pul verib. Mən də deyirəm ki, onu görməmişəm, tanımıram. Siz onu görmüsünüzmü, tanıyırsınızmı?
Hamı bir ağızdan dillənir ki, "xeyr, bu adamı görməmişik, tanımırıq!.."
Axund camaata deyir:
- Gedin!
Adamlar gedəndən sonra axund qəzetə büküb saxladığı əmanəti kişiyə qaytarır. Kişi lap mat qalır və soruşur:
- Axund ağa, bu nə həngamədir? Pulu verirdin, əvvəldən verəydin də. Təzədən bu qədər adamı niyə başımıza yığırdın?
Axund cavab verir:
- İstəyirdim görəsən ki, mən kimlərlə işləyirəm".
Fikrim əziz oxuculara aydındır... Hərdən fikirləşirəm ki, görün, ətrafımızda kimlər var?!
Bir əhvalat da yadıma düşdü. Bir idarədə böyük yığıncaq çağırılmışdı. İdarənin müdirini vəzifədən çıxarırdılar. İşçilər onun haqqında "dişlərinin dibindən çıxanı" deyirdilər. Elə bil, bu müdir ömründə bircə yaxşı iş görməmişdi...
Salona lap təzəcə gələn kişiyə söz verildi. O, heç nədən xəbəri olmadan dilləndi:
- Bizim müdir ləyaqətli, namuslu, mədəniyyətli, səmimi, mehriban, etibarlı...
Yanında oturanlardan biri onun pencəyinin ətəyindən aşağı çəkib, pıçıldadı ki, "sən nə danışırsan? Müdiri işdən çıxarırlar eyyy!" İşçi tövrünü pozmadan fikrini dəyişdirdi:
- Təəssüf ki, dediyim bu xüsusiyyətlərin heç biri bu zalım oğlunda yoxdur!
Belə-belə işlər, əziz oxucular! Sonra da deyirlər ki, palaza bürün, sürün və ilaxır. Biz "sürünmək" istəmirik!
Xeyrəddin QOCA
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentlə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ