Türkiyə Hərbi Hava Qüvvələrinin helikopteri qəzaya uğrayıb.
Baki-xeber.com-un TRThaber-ə istinadən xəbərinə görə, hadisə nəticəsində 7nəfər həlak olub, aralarında bir nəfər hərbçi olmaqla, 8 nəfər yaralanıb. Təyyarənin göyərtəsində 15 hərbi qulluqçu, o cümlədən vilayət jandarmeriyasının rəisi Mustafa Doğru, yüksək rütbəli zabitlər və mülki şəxslər olub. Onlar həlak olmuş hərbi qulluqçunun ailəsinə baş çəkməyə gedirmişlər.
Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.