Mədinə şəhərindəki Peyğəmbər məscidi qarşısında törədilən terror nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.
Baki-xeber.com-un xəbərinə görə, belə bir xəbərlə "Sky News Arabiya” sputnik telekanalı çıxış edib. Telekanalın versiyasına görə, terrorun hədəfi maşınların park edildiyi yerdə olan güc struturlarının əməkdaşları olub. Bundan əvvəl isə intiharçınin məqsədi içərisində yüzlərlə insanın olduğu məscidə girib orada özünü partlatmaq olub, lakin bunu edə bilməyib. Özünü partlatdığı ərazi isə məscidlə məhkəmə binasının arası olub. TASS-ın xəbərinə görə, o əvvəlcə güc strukturları əməkdaşlarının yanına gələrək iftarda onlara qoşulmaq istədiyini bildirib. Bunun ardınca isə partlayıcı qurğunu işə salıb.
Hazırda kompleksin ətrafında mühafizə tədbirləri gücləndirilsə də, məscid əvvəlki rejimdə fəaliyyətdə göstərir.
Hadisənin məsuliyyətini hələlik heç bir terrorçu qruplaşma öz üzərinə götürməyib.