Fici adasında rusiyalı cütlüyün axtarışları dəhşətlı nəticələr ortaya qoyub.
Baki-xeber.com vesti.ru-ya istinadən xəbər verir ki, axtarışlar əsnasında polis Natadola-Biç kurort ərazisində kəsilmiş insan kəlləsi aşkar edib. Daha öncə isə həmin akvatoriyadan insan bədəninin fraqmentləri tapılmış, tibbi ekspertiza nəticəsində onların kimliyi təsbit edilmişdi. Bildirilmişdi ki, bu fraqmentlər Rusiya vətəndaşları Yuri Şipulin və Nataliya Gerasimova cütlüyünə aiddir. Kəllə və digər fraqmentlər yerli fermerlərin əkinlərini quşlardan qorumaq üçün istifadə etdiyi plastik tora bükülmüş olub. Hazırda kəllənin kimə məxsus olması araşdırılır.
TASS xəbər verir ki, rusiyalılar iyunun 15-də itkin düşüblər. Son dəfə onları adıçəkilən kurort bölgəsindəki kafelərdən birində görüblər. İyunun 17-də onların maşını plyajdan xeyli aralıda açarı üzərində tərk edilmiş halda aşkarlanıb. Bundan sonra onların iş ortağı itkin düşmə ilə bağlı müvafiq orqanlara müraciət edib.
Cütlüyün 5 il öncə buraya daşındığı və fermer təsərrüfatı yaratdığı bildirilir.