Müsəlmanların müqəddəs Mədinə şəhərində Peyğəmbər məscidi qarşısında intiharçı özünü partladıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Reuters” agentliyi xəbər yayıb. Xəbərə görə, intiharçı partlayıcı qurğunu məscid kompleksinin girişində işlək hala gətirib. İlkin məlumata görə, partlayış nəticəsində intiharçı ilə yanaşı iki təhlükəsizlik zabiti də həlak olub."Əl-Ərəbiyyə” telekanalı isə bildirib ki, yaxınlıqda park edilən bir çox avtomobil də partlayış nəticəsində yanaraq yararsız hala düşüb.
Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.
Qeyd edək ki, Peyğəmbər məscidi əhəmiyyətinə görə Məkkədəki məsciddən sonra ikinci böyük müqəddəs məkan sayılır. Buna səbəb isə Məhəmməd Peyğəmbərin burada dəfn olunmasıdır.