26 iyun Silahlı Qüvvələr Günü Beyləqan rayonu "N” saylı hərbi hissənin əsgəri 1997-ci il təvəllüdlü Yasamal rayon sakini Nəcəfov Elburus Fərəc oğlu intihar edib. Hərbi hissədən əsgərin ailəsinə Elburus Nəcəfovun intihar etdiyi bildirilib. E. Nəcəfov intihar etməzdən əvvəl ailə üzvləri ilə əlaqə saxlayıb.
Mərhumun ailə üzvlərinin dediyinə görə, Elburus Nəcəfovun cibindən məktub tapılıb. Həmin məktubda onu intihar həddinə çatdıran adamın adı yazılıb. Amma nədənsə həmin məktub ailəsinə təqdim olunmayıb.
Qeyd edək ki, əsgər Elburus Nəcəfov 6-aydan sonra hərbi xidməti başa vuracaqdı.
Yaxınlarının dediyinə görə, Elburus Nəcəfov dindar olmaqla yanaşı idmanla məşqul olub. Ona görə də ailə üzvləri Elburus Nəcəfovun intihar etməsini qəbul etmir: "Çünki, intihar etməsinə heç bir səbəb yox idi. İntihar etməzdən əvvəl döyülüb. Hər halda bizə həmin hərbi hissədə xidmət keçən əsgərlər belə məlumat verdilər. Məhz Elburus Nəcəfov döyüləndən sonra özünə qəsd edib. Onun meyiti üzərində kəsik izlərini açıq-aşkar görmək olurdu. Bizə deyilənlərə görə, əvvəlcə qolunu kəsib, sonra isə bogazını kəsərək intihar edib”.
Elburus Nəcəfov Xırdalan qəbiristanlığında dəfn olunub.
Turan