Argentina Parlamentinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupunun yaradılması haqqında qətnamə qəbul edilib. Azərbaycanın Argentinadakı səfirliyindən baki-xeber.com-a verilən məlumata görə, qətnamə əsasında yaradılmış Qrupa həmin Palatanın ikinci vitse-prezidenti Patrisiya Ximenez sədrlik edəcək.
Ümumilikdə yeddi deputatdan ibarət Qrupun beş üzvü Argentinada hazırda iqtidarda olan "Dəyişək” siyasi blokun nüfuzlu üzvləridir və onlar Argentinanın böyük əyalətlərini təmsil edirlər. Qətnamədə Dostluq Qrupunun Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyası, habelə Argentina Xarici İşlər və Etiqad Nazirliyi ilə birgə əməkdaşlıq edəcəyi qeyd olunub.