ABŞ-ın Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Baş konsulluğu qarşısında intiharçı özünü partlatmağa cəhd edib.
Baki-xeber.com bu barədə "Reuters”-ə istinadən xəbər verir. Xəbərdə bildirilir ki, terrorçu maşınını Konsulluqla üzbəüzdə yerləşən məscidin qarşısında park edib. Bundan dərhal sonra partlayıcı qurğu işə düşüb və nəticədə intiharçı hadisə yerində ölüb, 3 polis isə xəsarət alıb.
Xəbərdə hadisənin ABŞ-ın müstəqillik gününə təsadüf etməsinə də diqqət çəkilir. Bildirilir ki, analoji hadisə Ciddədə 2004-cü ildə baş verib. Belə ki, o zaman 5 nəfər Konsulluğa hücum etmiş, Səudiyyə xüsusi xidmətinin 4, Konsulluğun 5 əməkdaşı öldürülmüşdü. Həmin hadisədə hücum edənlərin 3-ü yerində məhv edilmiş, qalanları sağ ələ keçirilmişdi.