NATO Baş katibi Yens Stoltenberq Rusiyanı Alyans üçün hədə adlandırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, "Bild” qəzetinə müsahibəsində bildirib.Bəyanatın NATO-nun Varşava sammiti öncəsi səsləndirilməsi diqqətləri üzərinə çəkib. Stoltenberq bildirib ki, sammitin keçirilməsi onun təhlükəsizliyinə hədələrin aktual olduğu dövrə təsadüf edir. "Biz gözlənilməz təhlükələr və çətin problemlərlə üz-üzəyik. Bu təhlükələr həm də sərhədləri güc yolu ilə dəyişən Rusiya tərəfindən gözləniləndir”.
Eyni zamanda Stoltenberq onu da bildirib ki, Moskva ilə konfrontasiyaya can atmır. O deyib ki, "soyuq müharibə” artıq tarixə dönüb və belə də qalmalıdır.