ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hilları Klinton ətrafında electron poçt qalmaqalı yenidən baş qaldırıb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, xanım Klinton dövlət katibi olduğu dönəmdə iç yazışmalarını şəxsi poçtundan apardığına görə bu dəfə Federal Təhqiqatlar Bürosuna (FTB) ifadə verməli olub. Klintonun seçki qərargahından verilən məlumatda ifadə vermə müddətinin 3,5 saat çəkdiyi bildirilib.
Xatırladaq ki, eks dövlət katibinin iş yazışmalarını şəxsi hesabından aparması ilə bağlı məsələ 2015-ci ilin avqustundan gündəmə gəlib. 55 min səhifə təşkil edən həmin yazışmalar ötən ildən incələnmək üçün təhqiqata təqdim edilmişdi. ABŞ Dövlət Departamenti bu yazışmalar arasında 150-nin hətta "məxfi” qrifi altında göndərilməli olduğu rəyini verib.