Rusiya XİN başçısı Sergey Lavrov almaniyalı həmkarı Frank Valter Ştaynmayerlə telefon əlaqəsi saxlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Rusiya XİN-in saytında informasiya yerləşdirilib. Bildirilir ki, telefon əlaqəsi Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər gündəm mşvzularını və beynəlxalq vəziyyəti müzakirə edib. Bu sırada Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in fəaliyyətəd olan sədri Ştaynmayerin bu günlərdə İrəvan və Bakıya baş tutan səfərinin yekunlarına xüsusi diqqət ayrılıb.