Brestdə İŞİD-lə əlaqədə şübhəli bilinən 22 yaşlı Çeçenistan vətəndaşı saxlanıb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, xüsusi xidmət orqanlarından həmin şəxsin burada təşviqat apararaq özünə tərəfdaşlar topladığı və onlarla birlikdə buradan Qərbi Avropaya çıxmağı planlaşdırdığı bildirilib.
ONT telekanalının xəbərinə görə, Rusiya və Belarusun güc strukturlarının birgə keçirdiyi əməliyyat nətiəsində şübhəli şəxs Brest-Terespol beynəlxalq qatarına minərkən yaxalanıb. Sonradan verdiyi ifadələrə görə, o, Moskvadan Minskə marşrut taksisində gedib, sonradan isə qatara minərək Polşaya getməyi planlaşdırıb. Şübhəli şəxsin ifadəsindən o da bəlli olub ki, bütün bu zaman ərzində o tək fəaliyyət göstərməyib və ətrafındakılardan azı biri intiharçı olub.
Hazırda barəsində cinayət işi açılmış şübhəlinin Rusiyaya ekstradisiya ediləcəyi və qanunsuz silahlı qruplaşma təşkil etmə maddəsilə ittiham olunacağı xəbər verilir.