Dünən Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Fransua Ollahd arasında telefon danışığı olub.
Baki-xeber.com-un Kremlin saytına istinadən xəbərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin telefon danışığında əsas müzakirə mövzusu Dağlıq Qarabağ olub. Xəbərdə deyilir ki, Rusiya prezidenti fransalı həmkarını iyunun 20-də Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarkisyan arasında özünün təşəbbüsü ilə keçirilən görüşün detalları barədə məlumatlandırıb.
Bu telefon görüşməsi həm də hazırda prezidentlər arasında növbəti görüşün təşəbbüskarı kimi çıxış edən Fransanın görüşün təşkilinə hazırlığı anlamına da gələ bilər.