ABŞ HDQ Rusiyanın "Yaroslav Mudrıy” mühafizə gəmisinin təhlükəli həddə daha bir "San Jacinto” raket kreyserinə yaxınlaşması barədə xəbər yayıb.
Bu barədə baki-xeber.com vesti.ru-ya istinadən xəbər verir. Xəbərdə o da xatırladılır ki, son analoji hadisə iyunun 17-də yaşanıb. Belə ki, rus mühafizə gəmisi beynəlxalq sularda Amerikanın "Gravely” esminesinə yaxınlaşıb.
Rusiya tərəfi isə iradları qəbul etmir. RF Müdafiə Nazirliyindən olayı şərh edərkən bildiriblər ki, "Yaroslav Mudrıy” öz kursu ilə üzüb və heç bir təhlükəli manevr etməyib. Esmines Gravely isə özü təhlükəli ara məsafədə - 180 metrdə rus gəmisinin önündən keçib.