Bazar günü günü, 01 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
BİZ BELƏYİK...
Tarix: 01.07.2016 / 02:21
Bölmə: Gündəm
Televiziya kanallarından birində "Qocalar evi"ndən verilişə baxırdım. Baxırdım deyəndə ki, 70-75 yaşlı qocaların - qadınla kişinin "söhbətini" eşitdim. Deməli, "Qocalar evi"nin bu yaşlı sakinləri orada evləniblər. (!) Balaları, yaxınları, ailəsi tərəfindən atılmış ixtiyar qadın və kişi bu biabırçılığın altından çıxmaq, gecə-gündüz bu barədə fikirləşmək, "Qocalar evi"nin sakinləri olmaq tənəsindən qurtarmaq əvəzinə, bu yaşda evləniblər!
Evləniblər, Allah xoşbəxt eləsin! Guya televiziya əməkdaşı bunların söhbətini təqdim edir. Söhbət də söhbət ola də... Kişi @gəlinə" nə desə yaxşıdır?
- Arvad, sən çox qocasan. Heç gözlərin də görmür...
"Gəlin" cavab verir:
- Gözlərim görməsəydi, odur ey, sənin paltarlarını necə yuyub asardım?
Elə bu qədərinə baxdım, əsəblərim dözmədi, düyməni basıb, başqa kanala keçdim...
Səhəri gün başqa bir kanalda yenə "Qocalar evi"ndən verilişi seyr etdim. Bircə onu gördüm ki, yenə 75-80 yaşlı üç qoca ilə (kişi xeylauları idi) söhbət aparılır. Birinci qoca deyir:
- Uzunömürlü olmağımın səbəbi odur ki, həyatım boyu fikir eləməmişəm..." (?!)
İkinci qoca deyir:
- İki dəfə evlənmişəm, birinci arvaddan 6 uşağım, ikinci arvaddan 8 uşağım olub...
Başa düşmədim, 14 uşaq bu kişini "Qocalar evi"nə atıb, yoxsa bu kişi 14 uşağı atıb "Qocalar evi"nə gəlib?
Üçüncü kişi isə elə hey deyirdi:
- Uşaqlıqdan indiyə kimi, gecə-gündüz işləmişəm. Bütün ağır yükləri mən bu çiyinlərimdə qaldırmışam...
Bu kişinin niyə belə dediyini anlamaq olar. Sovet dövründə tərcümeyi-hallarını yazanda hamı istəyirdi orada @əmək fəaliyyətimə fəhləlikdən başlamışam" yazsın. Həyatda çox adam əmək kitabçasının başlanğıcına "fəhlə" sözü yazdırmaq üçün adını yalandan zavod-fabriklərin birinə fəhlə kimi yazdırırdı ki, gələcəkdə vəzifə pillələrinə qalxanda desinlər ki, "filankəs əmək fəaliyyətinə fəhləlikdən başlayıb", yəni əziyyət görüb, əzab görüb. Guya insan mütləq əmək fəaliyyətinə əzab-əziyyətlə başlayanda gələcəyi yaxşı olurmuş. Fəhləlikdən vəzifəyə gələnlərin çoxu isə rüşvət almaq, dövlətə xəyanət üstündə tutulurdu...
Yaxud da bəziləri tərcümeyi-halında "atam muzdur olub" yazmaqla fəxr edirdi. Muzdur olmaq hambal olmaq kimi bir məna daşıyır. Görünür, onu yazanlar atalarının hambal olması ilə fəxr edirlərmiş...
O qocanın ömür boyu çiyinlərində ağır yükləri daşımasını deməsi də, sovet dövrü "əxlaqından" gəlir...
"Sovet dövrü" dedim, yadıma tariximiz düşdü. Almaniyada tarix muzeyinə getmişdik. Təkcə bir qılıncın üstündə 150-200 brilyant olduğunu gördük. Çexoslovakiyada tarix muzeyində bir kişi papağında üç böyük brilyanta tamaşa etdik. Hündür qüllənin çox balaca dəliyindən papağın üstünə işıq salınmışdı, brilyantlar bütün ətrafa nur saçırdı. İstanbuldakı Topqapı muzeyinə tamaşa etməkdən doymaq olmur. Orada nələr yoxdur?! Böyük bir xalqın tarixi gözlər önündədir. Qürur duymamaq mümkün deyil.
Azərbaycan tarixi də şanlı-şöhrətlidir. Ancaq tarix muzeyində tariximizi əks etdirən eksponatlara baxanda düşünürsən ki, yəni bizim xalqımız bu qədər kiçik tarixə malikdir? Doğrudur, muzeydə tariximizi əks etdirən bir sıra eksponatlar var, amma onlarla bütövlükdə xalqımızın tarixini qonaqlara nümayiş etdirmək mümkün deyil.
Gözümü açandan eşidirəm ki, bəs, Azərbaycan xalçaları kimi dünyada xalça yoxdur. 1981-ci ildə Yuqoslaviyada olan zaman bir xalça dəsti aldım, indiyədək onlara baxmaqdan böyük zövq duyuram və həmin xalçalar evimizin bəzəyidir.
İranda olarkən, mağazada bir-birindən möhtəşəm xalçalara tamaşa etdiyimi görən satıcı yaxınlaşaraq dedi ki, "bizim xalçalarımız təkcə bunlardan ibarət deyil, sizə elə xalça göstərə bilərəm ki, ona bir dəqiqə baxsanız, gözləriniz qamaşar". "Göstərin" - dedim. Doğrudan da, həmin xalçaya çox baxa bilmədim. Gözlərim qaçdı. Heyrət etdim, soruşdum ki, bu nədir, belə? Satıcı gülümsəyərək, dilləndi:
- Bizlər belə xalçanı toxuyandan sonra qırx gün küçəyə, bazara ayaqlar altına səririk. Hamı keçir üstündən. Çirkdən-pasdan tamam görünməz olur. Sonra həmin xalça yuyulub təmizlənir və belə gözəl bir sənət əsəri alınır...
Deməli, dünyada da yaxşı xalçalar varmış...
Xalqımız çox qonaqpərvərdir, bunu heç kim dana bilməz. Amma yemək mədəniyyətimiz nə vəziyyətdədir? Masanın üstünə iki nəfərlik yemək əvəzinə on nəfərə çatan yemək qoymaq qonaqpərvərlik yox, israfçılıq sayılmalıdır. Xidmət mədəniyyəti də yaxşı deyil. Xarici ölkələrdə xidmətçilər daim müştərinin başına fırlanırlar. Çoxlu sifarişləri qüsursuz, böyük nəzakətlə yerinə yetirirlər. Deyəndə ki, çox zəhmət çəkməyin, bir az dincəlin, cavab verirlər ki, "nə danışırsınız, bizim çörəyimiz sizdən çıxır". Çörəyinin qədrini bilənlər insanlara ləyaqətlə və lazımınca xidmət edirlər. Bizimkilərin çoxu elə bilir ki, müştərilər onlara borcludur. Həm keyfiyyətdə, həm çəkidə, həm qiymətdə müştərini aldatmasalar, gecələr rahat yata bilməzlər. Vallah ayıbdır! Xaricdən gələn qonaqlardan ayıbdır!
Bəziləri Cəlil Məmmədquluzadənin dövründəki tiplər kimi düşünür. Bir nəfər tanıyıram, deyir ki, "şair olmaq istəyirdim, qoymadılar". A bala, sənin əlini tutan var? Get şeirini yaz, şair ol da...
Bir satirik hekayədə deyilir ki, Şair adlı bir gənc avtobusa minəndə dostu onu çağırır:
- Şair! Şair!
Bütün avtobusdakılar cavab verirlər:
- Bəli! Bəli!
Heç demə, avtobusdakıların hamısı şeir yazırmış...
Bir qohumumuz da deyir ki, "prokuror olmaq istəyirdim, məni hüquq fakültəsinə düzəltmədiniz"! Bunu hüquq fakültəsinə "düzəltsəydik", gərək universiteti bitirəndən sonra prokuror da "düzəldəydik". Ay bədbəxt, hüquq fakültəsini bitirənləri prokuror təyin edirlər? Bəlkə əvvəlcə vəkildən-zaddan olasan? Gör, hələ vəkil ola bilirsən? Bu yazıq hüquqşünas olmağı prokuror olmaq kimi başa düşür...
Biz dünyanın başqa televiziyalarına da baxırıq. Başqa "xörək bişirənləri" də görürük. Bizim televiziyalarda əlləri, qolları tüklü aşpaz əlcəksiz xörək bişirir. Əlini balığın qarnına soxur, əli ilə əti "oynadır". Bu ki biabırçılıqdır! Televiziya xalqa yüksək mədəniyyət nümunələri aşılamalıdır, axı!
"Xəbərlər"in anonsunu verirlər, əvvəlcə deyirlər çox mühüm xəbərlər olacaq, tamaşaçı elə bilir torpaqlarımız geri qaytarılıb! Sonra da üç-dörd xəbər başlığı oxuyurlar. Elə bil, gün ərzində bu boyda respublikada heç bir maraqlı hadisə baş verməyib. Bəzən eyni xəbəri üç-dörd gün eşidirik. "Mühüm xəbərlər" də nə olsa yaxşıdır? Filan məktəbdə filan görüş keçirilib, filan müğənni filan klipə çəkilib, filankəs filan yerə istirahətə gedib, Amerikada filankəs filan söz danışıb... "Ac həriflər"də deyildiyi kimi, "noolsun?" Bəs, camaatın şikayətləri, çatışmazlıqlar, nöqsanlar, yerlərdəki özbaşınalıqlar niyə göstərilmir? "Əlaqədar təşkilatlar" nə deməkdir? Bu təşkilatların adı yoxdur? Ad çəkməyə qorxub-çəkinirsinizsə, heç bir təsiri olmayacaq süjeti niyə verirsiniz?
Bir icra başçısına dedim ki, televiziya işçilərindən, qəzetçilərdən xahiş edin, bir az da nöqsanlardan, çatışmazlıqlardan danışsınlar, yazsınlar. Axı, heç kim inanmaz ki, ayrı-ayrı yerlərdə həyat tam yüksək səviyyədədir. Heç bu mümkün də deyil... Bir sözlə, "ütülü" danışıqlar, basmaqəlib sözlər, məqalələr artıq, camaatı yorub...
Jurnalist, yazıçı gərək səviyyəli, savadlı danışsın və yazsın. Radioda canlı yayım aparıcısı deyəndə ki, "Aygün Bayramovanın muğamlarını dinləyin", yaxud "Aydın Hüseynovun qarmon musiqisinə qulaq asın" adam təəccüb edir. Aygün Bayramovanın muğamları var? Azərbaycanda qarmon musiqisi, tar musiqisi, klarnet musiqisi... var? Gündə televiziya və radiolarda minlərlə belə səviyyəsiz, savadsız ifadə eşidirik. O dəqiqə bilinir ki, aparıcıların çoxunun musiqidən anlayışı yoxdur. Həm də küçədə-bacada, evdə-eşikdə necə danışırlarsa, ekranda da elə danışırlar. Elə bil, danışmaq üçün məşq edirlər, söz axtarırlar, intonasiya hoqqabazlığı baş alıb gedir.
Bir kanalda isə aparıcı qız tanınmış muğam ustadına dedi ki, "siz niyə muğam oxuyursunuz, estrada mahnıları oxusanız daha məşhur olarsınız". Xanəndə çaşıb qaldı, bilmədi ona necə cavab versin ki, xətrinə dəyməsin. Həmin aparıcı ikinci dəfə başqa bir xanəndəyə yenə bu sualı verdi. Həmin xanəndə də cavab verəndə pis vəziyyətə düşdü. Üçüncü dəfə başqa bir sənətkara həmin sualı verdi. Sənətkar hirsləndi, amma büruzə verməməyə çalışdı. Dedi ki, "qızım, bütün Azərbaycan mahnıları muğam ladları üzərində yazılıb. Estrada musiqisinin də öz yeri var, amma xalq mahnılarımızı, muğamlarımızı unutmaq olmaz".
Gənclərin çoxu özəl radio-televiziyalara zəng vurub, ya türk, ya da xarici ölkə musiqisini dinləmək istədiklərini bildirir. Bütün xalqların musiqisi gözəldir. Hərəsinin öz yeri, öz təranəsi var. Amma səhərdən-axşama kimi bəzi radiokanallarında xarici ölkələrin başağrıdan, ürək bulandırıcı musiqilərinin səsləndirilməsi gəncləri başqa yola döndərir. Onlara musiqi demək olmaz, sanki zəncirləri bir-birinə vururlar, qulaqbatıran səs-küydən dəng oluruq.
Bilirsinizmi, deyirlər, bir xalqa qalib gəlmək, onu dəyişdirmək üçün müharibələrə gərək yoxdur, onun mənəviyyatını, adət-ənənələrini əlindən almaq kifayətdir. Bunun üçün dünyada xüsusi institutlar, müəyyən qüvvələr fəaliyyət göstərir. Onların "fitvasına" gedənlər isə, əsasən, səviyyəsiz adamlar olur. Böyük Bəxtiyar Vahabzadənin bir şeirində deyilir ki, muğama qulaq asanda baş, yüngül musiqilərə qulaq asanda ayaq tərpənir...
Mənəviyyatımızı, adət-ənənələrimizi, ana laylası kimi, saf musiqimizi, xalq mahnılarımızı, muğamlarımızı unudan cavan oğlanlar qadın kimi boyunlarına boyunbağı salır, qulaqlarına sırğa, qollarına bilərzik taxırlar.
Alt dodaqlarının altında iyrənc bir tük topası saxlayırlar. Saçlarını kürəklərinə qədər uzadıb, qadın kimi rezinlə yığırlar. Cırıq cins şalvarlar geyinirlər. Eybəcər, tüklü sinələrini açıb küçədə-bacada gəzirlər. Belə eybəcərliklər barədə çox yazmaq olar, hələ yazacağıq da!
Düzəlsə də, düzəlməsə də, yazacağıq!
Xeyrəddin QOCA
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentlə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ