Bazar günü günü, 01 noyabr 2026
     

O zamankı 20 yaşlı Allahverdi, indi 60 yaşı tamam olan Allahverdi Məmmədli...

Image


Qırx ildən sonra...
1976-cı ilin isti bir iyul günündə universitetin jurnalistika fakültəsinə qəbul imtahanı verməyə gəlmiş iyirmi yaşlı Allahverdinin indi altmış yaşı tamam olur. O isti iyul günündə sənədlərindəki bir möhür çatışmazlığından təzədən Naxçıvana göndərdiyim Allahverdinin universitetin bu tələbini bir sutkaya yerinə yetirmək üçün təzədən Naxçıvana necə sürətlə gedib-gəldiyini indiki kimi xatırlamaqdayam...
İyirmi yaşından altmışıncı yaşınadək Allahverdinin həmişə yaddaşımda olmağının bir neçə səbəbi var. Amma bu səbəblərdən birincisi, əlbəttə, iyirmi yaşlı gəncin universitetin imtahanlara bağlı sənəd qəbulunun qurtarmasına cəmi bir sutka qalmış Naxçıvana necə gedib qayıtmasıdır. Bir sutka ərzində təyyarə-qatar dəyişmələri ilə hər cür yol əzablarına sinə gərməsi bu iyirmi yaşlı gəncin jurnalistikaya məhəbbəti ilə bağlı imiş. Uğurlu qiymətlərlə universitetə qəbul olan bu iyirmi yaşlı gənc isti avqust günlərində tələbə adını qazandı və elə bil həmin gün gəncliyin sonu oldu. Niyə on altı, on yeddi yox, iyirmi yaşlı? Allahverdi universitetə qəzetin içərisindən gəlmişdi, mətbəədə linotipçi işləmişdi. Qəzetçiliyin praktikasını tam mənimsəmişdi. Qalırdı nəzəriyyə və diplom məsələsi. Bunu tələbə yoldaşları bilirdi və ona ağsaqqal, təcrübəli jurnalist kimi baxırdılar.
Mən elə həmin il Allahverdinin də təmsil olunduğu birinci kursun - 3796-cı qrupun rəhbəri oldum. O qrupun da qəribə bir taleyi varmış. Elə bil qrupdakı tələbələrin hamısını Allah öz sevgiləri ilə yaratmışdı: Alı Mustafayev - telejurnalist, Milli Qəhrəman, İradə Tuncay - yazıçı, "Ədalət" qəzetinin baş redaktoru, İlqar Həsənov - indi "Xalq qəzeti"nin fəal və bacarıqlı bir müxbiri, Mirzə Əsgərov, İntiqam Abışov, Füzuli Mustafayev, Sadiq Məsiyev - AzTV-nin istedadlı və təcrübəli əməkdaşları, Xudayət Həsənli, Cümşüd İsgəndər, Züleyxa Nadir, Rauf Ağayev, Qərənfil Xəlilova, Nərminə Əlixanbəyova, Araz Qurbanov, Rafiq Nəbiyev, İradə İmranqızı - ömrünü jurnalistikaya bağlamış əsl qələm sahibləri! Mən bu gün həmin qrupun tələbələri ilə sədaqətli bir dostluq əlaqələrindəyəm. Amma o zamankı iyirmi yaşlı Allahverdi indi 60 yaşı tamam olan Allahverdi Məmmədlidir və tale elə gətirib ki, Allahverdinin ömür yolu, karyera inkişafı həmişə gözümün qabağında olub və sonda hətta hər gün eyni iş yerində - Jurnalistika fakültəsində, mənim rəhbərlik etdiyim kafedrada görüşürük.
Allahverdinin bu gün iki mühüm iş yeri var: biri Azərbaycan Respublikası Ali Məhkəməsinin mətbuat xidməti, ikincisi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi. Ancaq Allahverdi Məmmədli bu nöqtəyə qədər çox böyük bir ömür yolu keçib: o yolun çox maraqlı nöqtələrindən biri Allahverdinin hələ tələbə ikən SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilməsidir, o biri Jurnalistika fakültəsində oxuduğu beş il ərzində 53 imtahan verməsi və 51 "əla", 2 "yaxşı" almasıdır. Universiteti bitirən kimi çox sevdiyi jurnalistika peşəsinin məsuliyyətli sahəsində fəaliyyətə başlayıb. Əvvəlcə Naxçıvan Dövlət Televiziyasında, sonra Naxçıvanda nüfuzlu "Şərq Qapısı" qəzetində, daha sonra "Xalq qəzeti"ndə məsul vəzifələrdə işləyib, "Azad Azərbaycan" qəzetinin Baş redaktoru, eyni adlı radionun məsul redaktoru olub.
Qəribədir, bütün bu vəzifə karyerasının hamısında mən sanki Allahverdinin yanında olmuşam. Çünki bizim müəllim-tələbə əlaqələrimiz çox tezliklə dostluğa çevrilmişdi və xətrini çox istədiyim bu gənç jurnalistin taleyi mənim üçün maraqlı idi. Bəlkə elə buna görəydi ki, günlərin bir günü Allahverdi Məmmədli Azərbaycan Televiziyasında işə başlayanda bir reportyor kimi ilk müsahiblərindən biri mən oldum. Ömrünün Bakı həyatını yaşamağa başlayan Allahverdi çox keçmədən Azərbaycan Televiziyasında "Xəbərlər" redaksiyasının Baş redaktoru vəzifəsinə irəli çəkildi. O zaman yenə mən bu sədaqətli dostumla Az.TV-nin bufetində tez - tez televiziya jurnalistikasının peşəkarlıq məqamlarından söhbət edirdik. Elə həmin vaxtlar mən bu cavan jurnalistin yüksək səviyyəli praktik bacarığından başqa, peşənin nəzəri problemlərinə də bələd olduğunu hiss etdim və yəqin ki, Allahverdi Məmmədlinin sonralar bizim kafedraya müəllim keçməsində mənim bu müşahidələrim də rol oynadı...
Amma hələ bu mərhələyə bir az var idi. Allahverdi bundan əvvəl elmi yaradıcılığa xüsusi meyli olan bir jurnalist kimi klassik yazıçı və jurnalistlərimizin bədii-publisistik irsi ilə çox maraqlanırdı. Mən bunu onun tələbəlik illərindən hiss etmişdim deyə, günlərin bir günü Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq ideyalarını tədqiq etmək istəyini bildirəndə heç tərəddüd etmədən bunun maraqlı, aktual bir ideya olduğunu bildirdim. Həmin anlarda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev azərbaycançılığın milli ideologiya kimi əsaslarını hazırlayaraq öz məruzə və çıxışlarında bu məsələyə xüsusi diqqət yetirirdi. İstedadlı alimlərimizdən olan Sona Vəliyeva bu sahədə maraqlı tədqiqatlarını ortaya qoymuşdu. Allahverdi Məmmədli bu ideyalar, bu tədqiqatlar fonunda millət fədaisi "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" məsələsini birbaşa tədqiqata gətirdi. Onun tezliklə ərsəyə gətirdiyi bu tədqiqat əsəri İsa Həbibbəyli, Yavuz Axundov, Əflatun Saraclı, Yusif Seyidov, Arif Əmrahoğlu, Nizami Cəfərov və digər alimlərin yüksək qiymətinə səbəb oldu.
Allahverdi Məmmədlinin bu mövzuda namizədlik dissertasiyasının Naxçıvan Dövlət Universitetindəki müdafiəsində şəxsən mən də iştirak edirdim və o müdafiənin necə uğurla keçdiyinin şahidi olmuşam. Ancaq ona qədər heç şahidi olmamışdım ki, müdafiə edən şəxsə həm də diplom verilsin. Azərbaycan Jurnalistlər Birliyinin Baş katibi Ramiz Əsgər Allahverdi Məmmədlinin müdafiədən əvvəl çap olunan "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" monoqrafiyasına görə ona elə müdafiədəcə Jurnalistlər Birliyinin Həsənbəy Zərdabi diplomunu təqdim etdi.
Onda Allahverdi Məmmədli bir alim və xüsusilə bir Cəlil Məmmədquluzadəşünas olaraq Jurnalistika fakültəsində müəllim kimi də fəaliyyət göstərirdi. Allahverdi Məmmədlini Mirzə Cəlil dünyasına cəlb edən bir neçə amil var. Onlardan ən başlıcası, əlbəttə, Mirzə Cəlilin millət yanğısı, Azərbaycan maarifçiliyinin ustad nümayəndəsi olaraq, vətən, millət, ana dili yolunda özünü fəda etməsidir. İkincisi, Cəlil Məmmədquluzadə bütün millətin, bütün xalqındır - bu, aydın bir faktdır. Ancaq Cəlil Məmmədquluzadə həm də birbaşa Allahverdi Məmmədlinin sevimli Nehrəmində doğulmuş bir Azərbaycan ziyalısı və mütəfəkkiridr. XIX əsr Azərbaycan kəndinin fanatizminə, savadsızlığına üsyan edən Cəlil Məmmədquluzadənin doğma kəndi Nehrəmdən filologiya üzrə ilk alim kimi Allahverdi özü çıxdı. Üçüncüsü, Allahverdinin atası, İkinci Dünya Müharibəsinin odundan - alovundan keçmiş, əlil olmuş Məhərrəm kişi də Cəlil Məmmədquluzadənin jurnalistika məktəbinə vurğun bir adam kimi qırx yaşından sonra jurnalistika ixtisası almış, (hərçənd, vaxtsız ölüm bundan bəhrələnməyə imkan vermədi) və oğlunun da bu yola çıxmasına səbəb olmuşdu...
Bu səbəblər mənim düşüncələrimin məhsulu deyil, bu səbəblər Allahverdini bir ziyalı, bir peşəkar jurnalist və bir alim kimi tanıyan azman alimlərin gəldiyi qənaətlərdir. Akademik İsa Həbibbəyli: "Allahverdi Məmmədli kifayət qədər təcrübəsi olan tanınmış jurnalistdir... Elm sahəsində də özünəməxsus xidmətləri olan Allahverdi Məmmədli görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinin öyrənilməsinə böyük zəhmət sərf etmişdir. Onun "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" adlı monoqrafiyası bu sahədə ilk tədqiqat əsəridir". AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov: "Allahverdi Məmmədovun "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" kitabı Cəlil Məmmədquluzadə kimi böyük bir sənətkara, millət və xalq yolunda bütöv ömür sərf etmiş bir ziyalı mücahidə məhəbbət və hörmətin rəmzidir". İqtisad elmləri doktoru, professor Əli Əlirzayev: "Allahverdi Məhərrəm oğlunun jurnalistlik fəaliyyəti yalnız faktların təsvirindən ibarət deyil, bu fəaliyyət daha çox elmi əsaslarla izah olunan mülahizələrlə və ümumiləşdirmə qabiliyyəti ilə özünü göstərir". Filologiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı: "Onun Mirzə Cəlil ruhuna sayğısı tükənməz olduğu üçün publisist - jurnalist fəaliyyətində "Molla Nəsrəddin" məktəbini ləyaqətlə, sədaqətlə davam etdirir. Elmi - tədqiqat sahəsində də Mirzə Cəlil irsinin öyrənilməsini özünə vətəndaş və alim borcu bilir". Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu: "Allahverdi Məmmədli mənə elə ilk görüşdən ziyalı, mədəni, necə deyərlər, istedadlı bir adam təsiri bağışlayıb. Eyni zamanda, bu intelligentlikdə bir ağayanalıq, daxili toxluq qarışıq bir nüfuzetmə, özünü ətrafına qəbuletdirmə xüsusiyyəti də var. Özü də bu xüsusiyyət süni, məqsədli olmayıb, onun naturası, daxili keyfiyyəti kimi üzə çıxır". Filologiya elmləri doktoru, professor Şamil Vəliyev: "Ən böyük istedad xalqımızın min illərdir canında-qanında yaşatdığı klassik həqiqətlər içində çağdaş, yeni və ən yeni olanı görmək bacarığıdır. Allahverdi Məmmədli həmin bəsirətin sahibliyini yaşayan həmvətənimizdir". Filologiya elmləri doktoru, professor Ramiz Əsgər: "Allahverdi gənclik və tələbəlik dövründən tanıdığım, yaxın ünsiyyət və qırılmaz dostluq qurduğum, daha sonra bir müddət bərabər çalışdığım, dərin savadına və iti zəkasına daim heyran qaldığım, həlim təbiətinə və yumşaq xasiyyətinə vurulduğum, humanizmin və insansevərliyin gəzəri və səyyar heykəli hesab etdiyim gözəl dost, mehriban və qayğıkeş yoldaş, əziz və sevimli İnsandır".
Allahverdi Məmmədli, həqiqətən də, harda olur - olsun, ətrafındakıların hörmətini, məhəbbətini qazanan adamdır. Onun bu xarizmatik xarakteri ailədən, Nehrəmdəki orta məktəbdən gəlib, universitetin Jurnalistika fakültəsində zühur edib, onun iş yerində tam formalaşmışdır. Mən Allahverdinin orta məktəb müəllimi olmuş Məsumə xanım Əliyevanın onun haqqında haçansa yazdığı bir təbrik məktubunu həyacansız oxuya bilmədim. Məsumə xanım yazır: "Sən yeddinci sinifdə oxuyanda mən sizə "Fermada" adlı inşa yazdırdım... Sənin yazın bütün uşaqların yazılarından seçilirdi... Mən o vaxt: sənin yazından jurnalist qoxusu gəlir - dedim. Sənin gələcəkdə yerin universitetin jurnalistika fakültəsidir. Mənimlə razılaşdın. Axırda da jurnalist oldun. Hələ üstəlik alim də oldun...".
Allahverdinin Jurnalistikadakı tələbəlik illərindəki dostları indi onun haqqında ürək dolusu canlı xatirələr yazırlar. İlqar Həsənov: "Allahverdinin həyatdakı uğurlarının kökləri Jurnalistika fakültəsindən başlayır". Rauf Ağayev: "Uzaq dağlar qədər yaxın görünən o tələbəlik illərində Allahverdi mənim təsəvvürümdə dərslərini yaxşı oxuyan, məsuliyyətli və intizamlı tələbə obrazını yaratmışdı". Züleyxa Nadir: "Allahverdi Məmmədli mənim tələbə yoldaşım, otuz illik dostum, qardaşımdı. Baxmayaraq ki, bu gün alim adı kimi qiymətli bir titulu çiyinlərində daşıyır, amma mənim üçün illər öncə yaddaşıma hopmuş, sadə, təvəzökar, kənd havası ilə nəfəs alan təmiz, saf bir oğlan olaraq qalıb".
Yuxarıda Allahverdi Məmmədlinin peşəkar jurnalist, alim və insan kimi qiymətləndirən elm adamlarının, müəllimlərinin tələbə dostlarının, iş yoldaşlarının sitat gətirdiyim fikirlərinin üstündən düz on il ötür. Onda Allahverdi Məmmədlinin 50 yaşı vardı, indi onun 60 yaşı tamam olur. Allahverdi bu ötən on ildə də elmi sahədə yeni uğurlar qazandı. Cəlil Məmmədquluzadənin yaratdığı Molla Nəsrəddin ədəbi məktəbinin yaradıcılıq problemlərini tədqiqata cəlb edib filologiya üzrə elmlər doktoru elmi dərəcəsi aldı, neçə-neçə elmi, publisistik kitablarıyla, nüfuzlu xarici jurnallarda dərc edilən məqalələri ilə tanındı, Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etdi, amma heç vaxt xarakterini, insanlığını, dosta münasibətini dəyişmədi. Yəqin bu səbəbdəndir ki, Allahverdi Məmmədlinin 60 illik yubileyi xarici arenada da anılır, müxtəlif qurumların və görkəmli alimlərin də diqqətindən yayınmır. Yubiley gününə xeyli qalmış Allahverdinin ünvanına gələn təbrik məktubları ona olan məhəbbətin, Azərbaycan elminə olan diqqətin örnəkləridir.
KIBATEK Türkiye Başqanı Metin Turan Allahverdi Məmmədlini sənət və elm dünyasında qazandığı uğurlarına görə 60 yaşını təbrik edir. Türk Halk Kültürünü Araştırma Kurumu Genel Başkanı prof.dr. İrfan Ünver Nasrattinoğlu Allahverdi müəllimi Azərbaycan və Türk milləti üçün yaşayıb yaradan ziyalı kimi qiymətləndirir. Allahverdi Məmmədlinin ünvanına Orta Asiyanın, Ukraynanın, Rusiyanın tanınmış alimlərindən təbriklər gəlməkdədir. İndi çox-çox illər bundan əvvəl iyirmi yaşında ilk dəfə gördüyüm və sənədlərindəki bir möhür çatışmazlığı ucbatından yenidən Nehrəmə qaytardığım, amma sonradan xətrini çox-çox istədiyim bu adamın 60 yaşı tamam olur. İyirmi yaşından tanıdığım Allahverdi indi filologiya üzrə elmlər doktoru kimi bizim kafedramızın seçilən bir müəllimidir. Yəqin ki, bu dünyada müəllimlikdən yüksək heç bir vəzifə yoxdur. Allahverdi Məmmədli bu yüksək zirvədə xoşbəxt bir ömür yaşayır.
Cahangir Məmmədli 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ