Bakının Nizami rayonundakı "Maşın bazarı” ərazisində mağazalardan birində yanğın baş verib.
APA-nın məlumatına görə yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub.
Məlumata görə, yanğın bazarın giriş hissəsində yerləşən15-20 mağazaya yayılıb. Hadisə yerində FHN qərargah yaradılıb. Sahibkarlar mallarını mağazalardan çıxarmağa cəhd edirlər.
Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.
Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən yaydığı məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, Maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb.