Atatürk Hava Limanına terror hücumunda şübhəli bilinən 13 nəfər artıq gözaltına alınıb.
Baki-xeber.com bu barədə "Habertürk”ə istinadən xəbər verir. Xəbərdə bildirilir ki, şübhəlilərin ələ keçirilməsi üçün eyni zamanda 16 ünvan ətrafında əməliyyat keçirilib və 3-ü əcnəbi olmaqla 13 nəfər göz altına alınıb. Xəbərdə əcnəbilərin milliyyəti dəqiqləşdirilmir.