İstanbulun Atatürk Hava Limanında terror törədən 3 intiharçıdan birinin kimliyi təsbit edilib.
Baki-xeber.com-un "Habertürk”ə istinadən xəbərinə görə, bu, Türkiyə vətəndaşı Müslüm Sayıyerdir. Onun görüntülərini müşahidə kameralarından əldə etmək mümkün olub.
Xatırladaq ki, iyunun 28-də axşam saatlarında İstanbulun Atatürk Hava Limanında terror aktı törədilib. Üç intiharçının törətdiyi hücum zamanı onlardan biri girişdə özünü partlatmaqla panika yaradıb, bununla da digər ikisi içəri daxil ola bilib.
Hadisə nəticəsində 42 nəfər həlak olub, 200-dən artıq yaralı var ki, onlardan da 41 nəfəri reanimasiyadadır.