İstanbulun Atatürk Hava Limanında törədilən terrorun ardından dünya ölkələri müxtəlif üsullarla terror "Yox!” deyib.
Baki-xeber.com-un "Habertürk”ə istinadən xəbərinə görə, belə üsullardan biri də tarixi binaların Türkiyə bayrağının rənglərilə işıqlandırılması olub. Beləliklə, ötən gecə Bakı ilə yanaşı Almaniyanın paytaxtı Berlində məşhur Brandenburq qapıları, Bosniya-Herseqovinada Mostar Körpüsü, Avstraliyada bir sıra binalar qırmızı-bəyaz rənglərlə işıqlandırılmaqla Türk bayrağını simvolizə edib.