Bazar günü günü, 01 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Tarix: 30.06.2016 / 01:23
Bölmə: Gündəm
İbrət alınacaq keşməkeşli bəşər tarixi göstərir ki, müxtəlif dünyagörüşə, dini-sakral baxış və milli-mənəvi dəyərlərə malik xalqlar həmişə bir-birilə ünsiyyət bağlamağa, ortaq mədəni dəyərləri bölüşməyə, sosial-iqtisadi əlaqələri qurmağa çalışıblar. Məhz bu nəcib təşəbbüslərin nəticəsi kimi dünyanı sarsıdacaq bir çox fəlakətlərin, müharibə və münaqişələrin qarşısı alınıb.
Bu baxımdan fərqli mədəniyyət və dini dünyagörüşlər arasında ortaq təmas nöqtələrinin inkişafı qloballaşan müasir dünyada sülhün, sabitliyin və dinc yanaşı yaşamağın qarantı kimi vacib amilə çevrilib.
Tarixən başqa millət və dinlərə, fərqli mədəniyyətlərə dözümlü yanaşması ilə seçilən Azərbaycanda tolerantlıq xalqımızın milli-mənəvi və islami dəyərlərindən qaynaqlanır. İftixarla qeyd edək ki, tarixin bütün mərhələlərində ölkəmizdə milli, irqi, dini zəmində heç bir diskriminasiya hadisəsi olmayıb. Hazırda bu dəyər millətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi üçün müstəqil Azərbaycanın prioritet istiqamətlərindən biridir.
Tolerantlığın geniş məna tutumuna lakonik izah verən mərhum prezident Heydər Əliyev deyib: "Tolerantlıq həm insani münasibət və cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyat və mədəniyyətlərinə dözümlülük deməkdir".
Müstəqilliyimizin ilk illərində mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan Konstitusiyada (1995-ci il) cəmiyyətdə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının bərqərar olması istiqamətində xüsusi maddələr təsbit olundu. "Dinimiz milli-mənəvi sərvətimizdir" - deyən ulu öndər bundan 6 il sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzaladı. 2009-cu ildə isə Konstitusiyanın 18 və 48-ci maddələrinə edilən əlavə və dəyişikliklər hər bir Azərbaycan vətəndaşının vicdan azadlığının daha etibarlı qorunmasına xidmət etdi. Və nəhayət, "Dini etiqad azadlığı haqqında" AR Qanununa edilən düzəlişlər, 2014-cü ildə AR-nin Millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin yaradılması bu sahədə mövcud olan hüquqi aktların işləkliyinə stimul verməklə, "Azərbaycan modeli"nin örnək kimi qəbul edilməsinə şərait yaratdı. Nəticədə müstəqilliyimizin ilk illərində bizə tolerantlıqdan tövsiyə və bəzən də qəbuledilməz tələblər edən müasir Qərb politoloqları artıq Avropadakı dini-etnik qarşıdurmaları səngitmək üçün ölkəmizin tolerantlıq modelini müzakirə edir, öyrənirlər. Arqumentlərimizi həm 4 il bundan qabaq Londonda "Avropa multikulturalizminin perspektivləri: dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" mövzusunda, həm də digər xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda Azərbaycan modeli haqqında səslənən obyektiv fikirlər təsdiq edir.
Hər sahədə olduğu kimi, dini və milli tolerantlıq istiqamətində aparılan islahatlar da ölkəmizdə bu sahədə beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaratdı. Bakıda "Sivilizasiyaların dialoqu", "İslamda dözümlülük" mövzusunda keçirilən beynəlxalq konfranslar, İSESCO-nun 2009-cu il üçün Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi, paytaxtımızda müxtəlif beynəlxalq humanitar forumların, İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısı və digər mötəbər tədbirlərin keçirilməsi dövlətin bu sahədə apardığı siyasətin tərkib hissəsinə çevrilməsini təsdiq edir. Ölkəmizdə bütün milli və dini azadlıqların durumunu xarakterizə edən Prezident İlham Əliyev deyib: "Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar vahid ailə kimi yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və xalqımızın gündəlik həyatıdır". Fərəhlə qeyd edək ki, əldə etdiyimiz bu nailiyyət barədə insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatlarında xüsusilə qeyd olunub.
Bütün bunlarla yanaşı, o da qeyd edilməlidir ki, istər müstəqilliyimizin ilk illəri, istərsə də hazırkı dövrdə bəzən dini təbliğin Quran hikməti və bəşər qanunları vəhdətində yetərincə olmaması səbəbindən müəyyən daxili və xarici ekstremist qüvvələr məharətlə istifadə edib və indi də buna cəhd edirlər. Belə ki, keçən əsrin 90-cı illərində Bakı və Sumqayıtda fəaliyyət göstərən "Əbu Bəkr" məscidləri, onlarla azərbaycanlı gəncin İŞİD qruplaşması sırasında "cihad" etməsi, Bakının Nardaran qəsəbəsində baş verən antidövlət, antimilli hadisələri dini ekstremizmin nəinki vətəndaşların, ümumən dövlətin təhlükəsizliyinə ciddi təhdid olduğunu göstərdi. Bununla əlaqədar olaraq 2015-ci il dekabrın 25-də "Dini ekstremizmə qarşı mübarizə haqqında" Qanun qəbul edilməsini xüsusilə vurğulamaq lazımdır. Bu qanunun qəbulu ölkəmizdə dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən etməklə yanaşı, həm də dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanları və vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirdi. Qeyd edək ki, Azərbaycan Respublikasının indiyədək qoşulduğu bir sıra beynəlxalq konvensiyalar, qəbul etdiyi qanunlar da terrorçuluğun, ekstremizmin bütün təzahürlərinə qarşı mübarizəni nəzərdə tutur.
Azərbaycançılıq
ideologiyasının
ən müasir fenomeni - multikulturalizm
Multikulturalizm Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı siyasi kursudur. Multikulturalizm bir ideya və termin kimi ilk dəfə Avropada yaransa da, fəqət, xalqımızın əxlaq kateqoriyasına çevrilən bu dəyər hazırda özünün intibah dövrünü Azərbaycan mühitində yaşayır.
Məlumdur ki, bu il Azərbaycanda "Multikulturalizm ili" elan olunub. Bu həm də mərhəmət, şəfqət və xoşməramlılıq ili kimi bütün dünyaya ölkəmiz tərəfindən göndərilən bir mesajdır. Deməli, Prezident İlham Əliyevin: "Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq" fikrinə uyğun olaraq respublikamız öz enerji, iqtisadi və milli təhlükəsizliyini qorumaqla yanaşı, multikultural təhlükəsizliyini də təmin etməlidir. Multikultural təhlükəsizliyin ümumi mahiyyəti, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunmasından ibarətdir. Burada əsas prinsip ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəldilməsi, bütün xalq və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsidir.
Qeyd edək ki, 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar müxtəlif beynəlxalq tədbirlər keçirilib. Belə ki, cari ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş - 2016" adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fəaliyyət göstərib. BBMM-in şöbə müdiri Hikmət Babayevin açıqlamasına görə, Bakı, Quba, Xaçmaz və Qusarda keçirilən tədbirlərdə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya, Almaniya və Gürcüstanın ali təhsil ocaqlarından professor-tələbə heyətləri iştirak ediblər. Qış məktəbinin tədris hissəsində "Almaniya multikulturalizminin aktual məsələləri və Azərbaycan təcrübəsi", "Qafqaz Albaniyası Azərbaycan multikulturalizminin tarixi köklərindən biri kimi", "Yeni dünya nizamı və multikulturalizm" və digər mövzularda mühazirələr dinlənib. Qeyd edək ki, AMEA-nın nəzdində multikulturalizm problemləri üzrə elmi-tədqiqat virtual mərkəz və digər qurumlar da təsis edilib.
"... Qərbsayağı
demokratiyanı
ölkələrə zorla
diktə etməməyə
çağırıram..."
Müstəqillik dövründə xalqımızın öz kökü və islami dəyərlərə qayıdışı, insan haqq və azadlıqlarının qanunla qorunması nəticəsində əldə etdiyimiz dini-dünyəvi tolerantlıq və multikulturalizmin örnəkliyi həm də cəmiyyətin əxlaqi-mənəvi yüksəlişinə, müxtəlif inanclara sahib ölkə vətəndaşlarının bütövlüyü və birliyinə xidmət edir. Qloballaşma şəraitində həyata keçirdiyimiz irimiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması, xarici investorların ölkəmizə uzunmüddətli sərmayə qoyması da şübhəsiz ki, ölkədəki daxili sabitlik və onu reallaşdıran dini və milli tolerantlıq sayəsində mümkün olub.
Təəssüf ki, tolerantlıq və multikulturalizm sahəsindəki uğurlarımız düşmənlərimiz və qərəzli opponentlərimizi rahat buraxmır. Antiislam və anti-Azərbaycan siyasəti yürüdən bu dairələr, əksinə, XXI əsrdə(!) ABŞ-da qaradərililərə qərəzli münasibətə, Avropada müsəlmanların müqəddəs dəyərlərinin təhqiri və miqrantların aşağılanmasına və s. neqativ hallara reaksiya vermirlər. Maraqlıdır ki, müsəlman ölkələrinə demokratiya dərsləri verən Qərbin beynəlxalq təşkilatları yaxın keçmişə qədər yaşadıqları Avropada tolerantlığın vəziyyəti, müsəlmanlara qarşı diskriminasiyaya aid faktların olması haqqında hesabatlar hazırlamırdılar. Belə hesabatlar Azərbaycan və bir sıra dövlətlərin haqlı tələbilə yalnız son illərdə hazırlanır. Qərbsayağı demokratiyanın ölkələrə zorla tətbiq olunmasının yolverilməzliyini dərk edən AŞPA-nın yeni sədri Pedro Aqramunt bu yaxınlarda deyib: "Avropanı təkəbbürlü olmamağa və Qərbsayağı demokratiyanı ölkələrə zorla diktə etməməyə çağırıram. Biz belə hallardan çəkinməliyik. Hər ölkənin öz tarixi və inkişaf yolu olduğundan, Qərbsayağı demokratiya modelini hansısa ölkəyə zorla tətbiq etdirməməliyik... Çünki biz bu cür siyasətimizlə bir çox ölkələri özümüzdən uzaqlaşdıra bilərik".
Tarixi dünyəvi-dini dəyərlərini, sivilizasion irsini və qanunun aliliyini qoruyan müasir Azərbaycan hazırda dünyanı sarsıdan çətin sosial-iqtisadi-siyasi şəraitdə dünya hüquq məkanına uğurla inteqrasiya edir. Müxtəliflikdə bir harmoniya olan Azərbaycanın tolerantlıq modeli artıq bu məkanda təkcə mənəvi borca deyil, eyni zamanda millətlərarası münasibətlərin inkişaf etdirilməsi üçün siyasi və hüquqi tələbata çevrilib. Azərbaycanda tolerantlıq, dil, din, düşüncə və irqindən asılı olmayaraq, hər bir vətəndaşa, diskriminasiyaya məruz qoymadan, sosial-iqtisadi inkişaf üçün şərait yaradan və qanunla qorunan ləyaqətliliyin özüdür, yaşam tərzidir. Bunu 2015-ci il noyabrın 18-də Stokholmda keçirilən "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusunda keçirilən beynəlxalq konfrans bir daha sübut etdi. Əminəm ki, bunu 2016 -"Multikulturalizm ili"nin nəticələri də sübut edəcək.
Vaqif CƏLİLOĞLU, T.e.üzrə fəlsəfə doktoru
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentlə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ