Türkiyə və Rusiya prezidentləri iki ölkə arasında turist mübadiləsinə qoyulan qadağanı aradan qaldırmaq barədə razılığa gəlib.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə xəbəri prezidentlər arasında bu gün baş tutan telefon danışığının ardından Kremlin mətbuat xidməti yayıb.
Xatırladaq ki, ötən ilin noyabrında baş vermiş təyyarə olayı ilə bağlı iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra bu, prezidentlərin ilk telefon danışığıdır.