Dünən ABŞ dövlət katibi Con Kerri vətəndaşlarına müraciət edərək, Türkiyəyə səyahət edərkən onları ehtiyatlı olmağa çağırıb.
Baki-xeber.com-un Fox TV-yə istinadən xəbərinə görə, dövlət katibi Türkiyənin 16 şəhərinin adını çəkərək, vətəndaşlarının özəlliklə bu şəhərlərdə ehtiyatlı olmalarını tövsiyə edib. Bu xəbərdarlığın ardından saatlar sonra isə İstanbulun Atatürk Hava Limanında dəhşətli terror akti törədilib. Son məlumata görə, törədilən terror aktı nəticəsində 36 nəfər həyatını itirib, 147 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq dövlət xəstəxanasına qaldırılıb. Onlar arasında vəziyyəti ağır olanların da olduğu bildirilir.
Hadisənin ABŞ dövlət katibinin xəbərdarlığından cəmi bir neçə saat sonra baş verməsi isə ortaya bir sıra haqlı suallar çıxarır: vətəndaşlarına xəbərdarlıq edən ölkənin kəşfiyyatında hər hansı informasiya olubsa, bu barədə Türkiyə dövləti niyə məlumatlandırılmayıb? Hər halda, zamanla məsələnin bu aspektinə aydınlıq gətiriləcək…