İstanbulun Atatürk Hava Limanında hələlik ilkin məlumatlara görə iki terrorçu ətrafa Kalaşnikov silahı ilə atəş açdıqdan sonra özünü partladıb.
Ədliyyə naziri Bəkir Bozdağın açıqlamasına görə, 10-a yaxın adam ölüb, 20-dən çox yaralı var.
Internetdə hava limanı daxilində təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış partlayışın görüntüləri də yayılıb.