İstanbulun Atatürk Hava Limanında iki güclü partlayış səsi eşidilib.
Baki-xeber.com bu barədə RİA”Novosti”yə istinadən xəbər verir. Atışma səslərinin də eşidildiyi deyilən xəbərdə xeyli sayda yaralının da olduğu bildirilir.
XXX
DHA havalımanının iki ayrı nöqtəsinə terror hücumu təşkil edildiyini iddia edir.
"Habertürk”ün məlumatına görı isə, VIP gediş terminalında iki partlayış səsi eşidilib. İlk məlumatlara görə, hücumu iki nəfərin reallaşdırdığını bildirilir. Xəbərə görə, iki nəfər təhlükəsizlik qüvvələrinin onlardan şübhələnməsindən sonra üzərlərində olan 4 əl bombasını X-ray cihazlarına doğru adıb və 4 partlayış baş verib. Sonra isə polislər atəş açıb və qarşıdurma yaranıb.
Bəzi məlumatlara görə, iki kamikadze havalimanında özünü partladıb.
Ədliyyə naziri Bəkir Bozdağ havalimanının xarici xətlər girişində bir terrorçunun əvvəlcə Kalaşnikovla ətrafa atəş açdığını, sonra özünü partlatdığını deyib: "10-a yaxın şəhidimiz var. 20-ə yaxın da yaralı olduğu deyilir. Havalimanının metro girişində də partlayış olduğu bildirilir".
Son məlumatlara görə, hücum 3 terrorist tərəfindən törədilib. hadisə nəticəsində 36 nəfər həlak olub, 147 adam yaralanıb.