Bu gün ATƏT-in Vyanadakı mənzil qərargahında təhlükəsizlik sahəsində problemlərin icmalı üzrə illik konfrans başlayır. Konfransın bir sessiyası ATƏT məkanındakı münaqişəli vəziyyətlər və onların regionda təhlükəsizliyə təsirinə həsr olunacaq.
Ən problemli ocaqlar arasında ayrıca sessiyanın həsr olunduğu Ukrayna ilə yanaşı, Dağlıq Qarabağ və Dnestryanını da var.
Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç TASS-a bildirib ki, bu mövzularla əlaqədar "hələlik öyünməli heç nə yoxdur".