Ermənistan parlamentinin növbədənkənar iclasında yeni seçki məcəlləsi layihəsinin müzakirələri keçirilib.
Baki-xeber.com-un news.am saytına istinadən xəbərinə görə, yeni layihədə siyasi güclər "tarixi konsensus” əldə edib. Lakin Aparat rəhbəri David Arutyunyanın sözlərinə görə, müxalifətin təklifilə layihəyə edilən əlavə və dəyişikliklərin həyata keçirilməsi üçün təcili şəkildə 16 milyon dollar tapmaq lazımdır. Arutyunyan deyib ki, artıq hökumət donorlara pul ayrılması xahişilə müraciət edib. Onun sözlərinə görə, birisigün Avropa ölkələrindən dəvət oluinmuş donorlarla görüş keçiriləcək.