Ermənistanda büdcənin boşalması ilə əlaqədar nazirlik və dövlət idarələrinin xidməti maşınlarının geri alınaraq satışa çıxarılmasına başlanıb.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, bu barədə qərar parlamentin iyunun 23-də keçirilən iclasında qəbul olunub. Qərara görə, 383 xidməti nəqliyyat vasitəsi dövlət qulluqçularından geri alınaraq təkrar satışa yönəldiləcək. Artıq bu prosesə başlandığı xəbər verilir. Belə ki, iqtisadiyyat nazirliyindən 4, ədliyyə nazirliyindən 2, idman və gənclər nazirliyindən 1, ekologiya nazirliyindən 4 , əmək və sosial təminatlar nazirliyindən 26, ərazi idarəetmə və inkişaf nazirliyindən 1, kənd təsərrüfatı nazirliyindən 9, təhsil nazirliyindən 3, nəqliyyat nazirliyindən 4, şəhərsalma nazirliyindən 7, dövlət əmlak və kadastr komitəsindən 7, dövlət gəlirləri komitəsindən 27 avtomobil artıq geri alınaraq satışa çıxarılıb.
Ermənistan dövləti bu maşınların satışından büdcəsinin "özünə gələcəyinə” ümid edir.