Dilimizdə "quş buraxmaq”, "quş uçurtmaq” deyimləri bir neçə anlamda işlənsə də, Roma Papasının İrəvanda Ağri dağına doğru quş uçurtması həqiqi anlam daşıyır.
Belə ki, Vatikan Kilsəsinin rəhbəri Eçmiədzin başçısı II Qareginə qoşularaq, əvvəlcə Kor Virap Monastırında birgə dua edib, ardınca, guya sülh tərəfdarı olduqları mənasında ermənilərin Ararat adlandırdıqları Ağrı dağına doğru göyərçinlər uçurublar. Ermənilərin israrla Ağrı dağını Ararat adlandırması və bu dağa iddia etməsi isə heç kim üçün sirr deyil. Nəzərə alınsa ki, Ermənistanın öz konstitusiyasında Ağrı dağını öz ərazisi kimi göstərməsinə baxmayaraq, ora Türkiyə ərazisidir, o halda Roma Papasının bu hərəkətilə ermənilərin yanında olduğunu göstərdiyi və beləliklə də Ermənistanın Türkiyəyə qarşı ərazi iddiasına dolayısı ilə dəstək verdiyi aşkar deyilmi?
Belə görünür, sülhməramlı missiya daşımalı olduğu halda, Roma Papası işğalçı ölkənin təsirinə düşməklə elə ilk öncə oturduğu minbərə xəyanət edir. Bunun başqa izahı varmı?..
Baki-xeber.com